Pleyeri seçin:

"Kuryer yağışda 5 saat gözləsin?!" - Sifarişi götürməyən müştəri özünü necə haqlı gördü? - Baku TV

30 yanvar 2026 13 baxış

Kuryer pizza sifariş edən müştərinin sifarişini ünvana çatdırır. Lakin nə qapını açan olur, nə də telefon zənglərinə cavab verən.

Təxminən 20 dəqiqə gözləyən kuryer sifarişi binanın mühafizəçisinə təhvil verib, müştəriyə bununla bağlı məlumat göndərir. Lakin bir saat sonra müştəri əlaqə saxlayaraq sifarişin yenidən gətirilməsini və ya pulun geri qaytarılmasını tələb edir.

Çatdırılma şirkətlərində çalışanlar tərəfindən bu kimi şikayətlərin sayı artıb. Onların sözlərinə görə, belə vəziyyət yarandıqda cəzalanan yenə kuryerlər olur.

“Bir neçə gün əvvəl yağış yağanda 4-5 saat gözləmişəm. Dəstək xidmətindən cavab gec gəldi. Kuryer yağışda, soyuqda 5 saat niyə gözləməlidir?!”, – kuryer Baku TV-yə mövzu ilə bağlı açıqlamasında deyib.

Kuryerlər bildirirlər ki, harasa şikayət edəndə və ya etiraz edəndə onların profilləri bloklanır. Mövcud vəziyyətlə bağlı ölkədə fəaliyyət göstərən “Wolt” və “Bolt” çatdırılma şirkətlərinə sorğu ünvanlanıb.

“Bolt”dan həm müştərilərin, həm də kuryerlərin maraqlarının qorunmasına xüsusi önəm verildiyi bildirilib:

“Hər bir şikayət və müraciət ayrı-ayrılıqda konkret vəziyyət nəzərə alınaraq araşdırılır. Əgər kuryer sifarişi qəbul edib, lakin əsaslı səbəb olmadan çatdırmanı həyata keçirməyibsə, bu hal araşdırma predmetinə çevrilir. Bununla yanaşı, kuryerin müştəriyə çatdırmanın mümkün olmadığı hallarda sifarişi geri qaytarması (məsələn, müştərinin əlaqə saxlamaması və ya ünvan üzrə çatdırmanın mümkün olmaması) nəzərə alınır və bu hallar avtomatik olaraq kuryerin əleyhinə qiymətləndirilmir”. 

“100 ailənin yarısı tələf olub” | Qax arıçıları çıxılmaz vəziyyətdə - Baku TV

“100 ailənin yarısı tələf olub” | Qax arıçıları çıxılmaz vəziyyətdə - Baku TV

Cəmiyyət
30 yanvar 2026 13 baxış
Bakıda “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

Bakıda “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

Cəmiyyət
30 yanvar 2026 13 baxış
DOST Agentliyinin fəaliyyət dairəsi genişlənir

DOST Agentliyinin fəaliyyət dairəsi genişlənir

Cəmiyyət
30 yanvar 2026 13 baxış
2030-cu ilədək DOST Agentliyinin 14 regional mərkəzi və 64 regional filialı açılacaq

2030-cu ilədək DOST Agentliyinin 14 regional mərkəzi və 64 regional filialı açılacaq

Cəmiyyət
30 yanvar 2026 13 baxış
"1 metri keçib, iydən oturmaq olmur" - 20 ildir suyun içində qalan binada dəhşətli durum - Baku TV

"1 metri keçib, iydən oturmaq olmur" - 20 ildir suyun içində qalan binada dəhşətli durum - Baku TV

Cəmiyyət
30 yanvar 2026 13 baxış
Filmlər izlənilmirsə, mükafatlar niyə verilir? - Kinomuzda çatışmayan nədir? - AKTUAL GÜNDƏM

Filmlər izlənilmirsə, mükafatlar niyə verilir? - Kinomuzda çatışmayan nədir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
30 yanvar 2026 13 baxış
Neçə regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır? - Baku TV

Neçə regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır? - Baku TV

Cəmiyyət
30 yanvar 2026 13 baxış
2 mindən çox tələbənin təhsil aldığı Qarabağ Universitetindən reportaj - Baku TV

2 mindən çox tələbənin təhsil aldığı Qarabağ Universitetindən reportaj - Baku TV

Cəmiyyət
30 yanvar 2026 13 baxış
DOST Agentliyində ötən ilin yekunları ilə bağlı mətbuat konfransı - Baku TV CANLI

DOST Agentliyində ötən ilin yekunları ilə bağlı mətbuat konfransı - Baku TV CANLI

Cəmiyyət
30 yanvar 2026 13 baxış
Rejissor Eldar Quliyevin 85 illik yubileyi qeyd olundu - Baku TV

Rejissor Eldar Quliyevin 85 illik yubileyi qeyd olundu - Baku TV

Cəmiyyət
30 yanvar 2026 13 baxış
Seçilmişlər
icon