Pleyeri seçin:

Azərbaycanlı TIR sürücülərinin Gürcüstandakı narazılığı nədəndir? - Baku TV

29 yanvar 2026 515 baxış

Qonşu Gürcüstandan keçməklə yük daşıyan Azərbaycan TIR-larının sürücüləri onlara yazılan yüksək məbləğli cərimələrdən narazıdırlar.

Belə ki, son aylar qonşu ölkənin ərazisindən keçərkən yük maşınları saxlanılaraq yol kənarında texniki baxışdan keçirilir. Aşkarlanan qanun pozuntularına görə isə 5000 lari, təqribən 1800 ABŞ dolları məbləğində cərimə tətbiq olunur. Bu isə sürücülərin narazılığına səbəb olub.

“İki-üç aydır Azərbaycan maşınlarını izləyir, yüksək məbləğdə cərimələyirlər”, – sürücülərdən biri deyib.

Sürücülər istirahət müddətinin pozulması ilə bağlı yazılan cərimələrə də etiraz edirlər. Belə ki, onlar yük maşınını saxlamaq üçün yerlərin olmadığını bidiriblər.

“Təkər partlayır, sürücü maşını saxlayıb təkərini dəyişmək istəyir, gəlib cərimə yazırlar”, – başqa bir sürücü qeyd edib.

Məsələ ilə bağlı Gürcüstan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yol kənarında texniki baxışla bağlı Gürcüstan hökumətinin 2025-ci il 22 yanvar tarixli qərarı ilə qanunvericiliyə uyğun olaraq sürücünün iş və istirahət müddəti yoxlanılır, taxoqraf elektron qurğusuna baxış keçirilir, nəqliyyat vasitəsinin texniki vəziyyəti dəyərləndirilir, beynəlxalq yükdaşımalarla bağlı müvafiq sənədlərə baxılır, taxoqraf və sürət məhdudlaşdırıcı cihazın işlək vəziyyətdə olmasına diqqət yetirilir və bu kimi digər nəzarət yoxlanış tədbirləri həyata keçirilir:

“Qanun pozuntusu aşkarlandığı təqdirdə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə yazılır. İlk dəfə aparılan yoxlanışla bağlı hər hansı güzəşt nəzərdə tutulmur. Cərimənin məbləği isə birinci səviyyəli qayda pozuntusuna görə 500, ikinci səviyyəli 1000, üçüncü səviyyəli qayda pozuntusuna görə isə 5000 laridir. Yazılan cərimə ilə bağlı sürücünün narazılığı yarandığı təqdirdə qanun çərçivəsində Gürcüstan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edə bilər”. 

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 515 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 515 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 515 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 515 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 515 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 515 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 515 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 515 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 515 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 515 baxış
Seçilmişlər
icon