Pleyeri seçin:

"Qız daha fərasətli, gözüaçıq olur" | Oğlan uşaqları niyə gec danışır? - "Çox çətindir..."- Baku TV

18 iyun 2026 387 baxış

“Oğlan uşağı gec danışar” fikri cəmiyyətdə geniş yayılıb. Müşahidələr onu deməyə əsas verir ki, bir yaşına çatmış qız uşaqları kiçik sözlər və ifadələrdən istifadə etsələr də, oğlan uşaqları bunu iki və ya daha sonrakı yaş dövrlərində edirlər.

Sakinlərin sözlərinə görə, ətraflarında oğlan uşaqlarının nitq inkişafının daha gec baş verdiyinə dair çoxsaylı nümunələr var.

“Nəvəm qız uşağıdır, hələ iki yaşı yoxdur, amma bütün fikrini çatdıra bilir. Yaxın qohumumuzun dörd yaşlı oğlan övladı isə hələ danışa bilmir”, – deyə sakinlərdən biri qeyd edib.

Mütəxəssislər isə bildirirlər ki, nitq inkişafı hər uşaqda eyni getmir. Belə ki, nitqin ləngiməsinə müxtəlif amillər səbəb olur.

Loqoped Fəridə Adıgözəlovanın sözlərinə görə, nitqin ləngiməsinə genetik faktorlar, ünsiyyət mühitinin zəif olması, eşitmə problemləri, nevroloji xüsusiyyətlər, eləcə də telefon, planşet və televizordan həddindən artıq istifadə səbəb ola bilər.

Loqoped əlavə edib ki, valideynlərin uşaqlarla daha çox danışması, kitab oxuması və oyun zamanı ünsiyyət qurması nitq inkişafına müsbət təsir göstərir.

“Bir yaşdan etibarən uşaq tək-tək sözlər deməyə başlayır. İki yaşında isə sadə cümlələr qurmağı bacarmalıdır. Əgər uşaq iki yaşında heç bir kəlmə demirsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır”, – deyə nevroloq Elşən Qarayev vurğulayıb.

Psixoloqların fikrincə isə diqqətdən kənarda qalan, yaşıtları ilə ünsiyyətdə olmayan uşaqlarda nitq ləngiməsi daha çox müşahidə olunur.

“Valideynlər uşağın bütün ehtiyaclarını sözsüz başa düşüb yerinə yetirəndə onun danışmağa ehtiyacı qalmır. Bundan əlavə, uşaq dilində danışmaq da düzgün yanaşma deyil. Uşaq sözləri valideynindən düzgün formada eşitməlidir”, – deyə psixoloq İlahə Dadaşova əlavə edib.

Banner
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 387 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 387 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 387 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 387 baxış
Seçilmişlər
icon