Pleyeri seçin:

"Söyüşlər, davalar, gecəyə qədər..." - Binanın həyətində olanlar sakinləri dəhşətə gətirdi - Baku TV

11 fevral 2026 724 baxış

Yasamal rayonunun Şəfaət Mehdiyev küçəsindəki 79 nömrəli binanın sakinləri məhəllə ərazisində inşa olunan tikilidən və həyətyanı sahənin özbaşına zəbt edilməsindən şikayətçidirlər.

Onların sözlərinə görə, Flora Bayramova adlı şəxs 2015-ci ildə həmin ərazi ilə bağlı müvafiq qurumdan rəy alsa da, sonradan bu icazənin hüdudlarını aşaraq ərazini genişləndirib.

Bir neçə ay əvvəl burada qanunsuz şəkildə kafe tikildiyi, sakinlərin şikayətlərindən sonra isə tikilinin söküldüyü bildirilir.

Lakin iddialara görə, problem bununla bitməyib. Hazırda həmin ərazidə yenidən tikinti işlərinə başlanılıb.

Sakinlərdən biri vəziyyətdən narazılığını belə ifadə edib:

“Biz nə həyətə çıxa bilirik, nə də rahat gəzə bilirik. Tanımadığımız adamlar gəlib-gedir, səs-küy olur. Bloklarda hətta iynələr tapmışıq. Öz həyətimizdə gəzməyə ixtiyarımız qalmayıb”.

“Əvvəllər bu xanım burada yaşayırdı. Kiçik qarajı vardı, sonra onu böyüdüb çayxanaya çevirdi. Səs-küydən burada yaşamaq mümkünsüz idi. Taksi sürücüləri yığışır, söyüşlər, davalar olurdu. Gecə saat ikiyə, üçə kimi səs-küy davam edirdi. Burada qazanxana yerləşir. Yanğın və ya qəza baş versə, təhlükə böyük olar. Şikayət etdik, icra hakimiyyəti gəlib tikilini sökdü. Amma sonra deyiblər ki, guya tikinti qanunsuz sökülüb. İki gün ərzində qapını bağlayıb yenidən tikintiyə başladılar”, – başqa bir sakin deyib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşın tikinti üçün müvafiq sənədləri mövcuddur.

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

Cəmiyyət
22 iyun 2026 724 baxış
Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Cəmiyyət
22 iyun 2026 724 baxış
“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

Cəmiyyət
22 iyun 2026 724 baxış
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Cəmiyyət
22 iyun 2026 724 baxış
“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 iyun 2026 724 baxış
Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Cəmiyyət
22 iyun 2026 724 baxış
"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
22 iyun 2026 724 baxış
FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

Cəmiyyət
22 iyun 2026 724 baxış
"Yumurta tapa bilirəm ki, alım?" | Qiyməti 1 qəpiyə düşdü, amma tapılmır - Baku TV

"Yumurta tapa bilirəm ki, alım?" | Qiyməti 1 qəpiyə düşdü, amma tapılmır - Baku TV

Cəmiyyət
22 iyun 2026 724 baxış
Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV

Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV

Cəmiyyət
21 iyun 2026 724 baxış
Seçilmişlər
icon