Pleyeri seçin:

Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

18 iyun 2026 223 baxış

Yasamalda çoxmərtəbəli binada yanğın zamanı üç nəfərin ölümü ilə bağlı həbs edilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə prokuror məhkəməyə təqsirləndirilən şəxs barədə seçilən həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və işin baxışa verilməsini təklif edib. Daha sonra vəkillər vəsatət verərək işin ibtidai istintaqa qaytarılmasını və yanğın baş verən klinikanın sahibi Vüqar Abbasovun təqsirləndirilən şəxs qismində cəlb olunmasını istəyiblər.

Yanğında azyaşlı övladını itirən vəkil Əli Qəmbərov və digər zərərçəkənlər də analoji vəsatətlə çıxış ediblər.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra vəsatətləri təmin etməyib. Eyni zamanda işin baxışa verilməsi və təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

Hadisə
06 avqust 2026 223 baxış
Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Hadisə
06 avqust 2026 223 baxış
Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Hadisə
06 avqust 2026 223 baxış
Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə
06 avqust 2026 223 baxış
Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
06 avqust 2026 223 baxış
FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

Hadisə
06 avqust 2026 223 baxış
Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
06 avqust 2026 223 baxış
Sürücü yüngül xəsarət alıb

Sürücü yüngül xəsarət alıb

Hadisə
05 avqust 2026 223 baxış
Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Hadisə
05 avqust 2026 223 baxış
14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

Hadisə
05 avqust 2026 223 baxış
Seçilmişlər
icon