Bu yerdən keçmək belə təhlükəlidir | Yasamalda dəhşətli partlayış olmuş evdə son vəziyyət - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində qaz sızması nəticəsində partlayış baş verən ev hələ də təhlükəli vəziyyətdədir.
Hadisədən təxminən 20 gün keçməsinə baxmayaraq, dağıntılar aradan qaldırılmayıb.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, partlayış nəticəsində yararsız vəziyyətə düşən ev hər an uça bilər. Binanın pəncərələri, döşəməsi və digər konstruksiyaları yoldan keçən insanlar üçün ciddi təhlükə yaradır.
Dağıntılar və evdən qalan qalıqlar yolun bir hissəsini tutduğundan avtomobillərin və piyadaların hərəkəti də çətinləşib. Ərazidəki şüşə qırıntıları və digər təhlükəli əşyalar xüsusilə uşaqlar üçün risk yaradır.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Onlara əraziyə baxış keçiriləcəyi və müvafiq tədbirlərin görüləcəyi bildirilsə də, indiyədək heç bir iş aparılmayıb.
Evdəki əşyaların açıqda qalması isə onların talan edilməsi ehtimalını artırır.
#Yasamal teqi istifadə olunub
- Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
