Pleyeri seçin:

Qurumlardan sadəcə biri cavab verdi | Cərimələr necə xərclənir?

10 dekabr 2024 347 baxış

Azərbaycanda cərimə tətbiq etmək səlahiyyəti olan xeyli qurum var.

Yaxın vaxtlarda əksər cərimələrin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub.

Bəs cərimələrdən toplanan vəsaitlər hansı məqsədlər üçün istifadə edilir?

Vəkil Hikmət Əliyev deyir ki, cərimələrdən toplanan vəsait əsasən dövlət büdcəsinə ödənilir. Bəzi hallarda isə cərimələr üzrə ödənişlər məqsədli fondlara və hesablara daxil edilir. Buraya əsasən ekoloji pozuntularla bağlı cərimələrdən daxil olan vəsaitlər aiddir.

Baku TV məsələ ilə bağlı cərimə tətbiq edən dövlət qurumlarına müraciət edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqlaması belə olub:

“Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunan ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə, eləcə də nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində cərimə nəzərdə tutulur. Bu cərimələri yazmaq səlahiyyəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir.

Həmçinin nəqliyyat vasitəsinin qanunla müəyyən edilən parklanma üsulunu pozmaqla parklanmasına, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulan parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına, eləcə də parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə sürücülər həm Dövlət Yol Polisi, həm də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən cərimələnə bilər”.

Qeyd edək ki, 2025-ci ilin büdcəsinə dövlət qurumlarının xətti ilə 840 milyon manatın daxil olması proqnozlaşdırılıb. Maliyyə naziri Samir Şərifovun sözlərin görə, vəsaitlərin əksər hissəsini cərimələrdən əldə olunan vəsait təşkil edəcək. 

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 avqust 2026 347 baxış
Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Cəmiyyət
09 avqust 2026 347 baxış
FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
08 avqust 2026 347 baxış
"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

Cəmiyyət
08 avqust 2026 347 baxış
Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Cəmiyyət
08 avqust 2026 347 baxış
Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Cəmiyyət
08 avqust 2026 347 baxış
Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Cəmiyyət
08 avqust 2026 347 baxış
"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

Cəmiyyət
08 avqust 2026 347 baxış
Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Cəmiyyət
08 avqust 2026 347 baxış
"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

Cəmiyyət
08 avqust 2026 347 baxış
Seçilmişlər
icon