Pleyeri seçin:

Respublika Klinik Xəstəxanasında rentgen müayinə fəaliyyəti dayandırılıb

15 sentyabr 2023 622 baxış

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, agentlik tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib.

Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib. Bununla belə, müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub.

Qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkar edilmiş nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.

Banner
“Nə təcili yardım gəlir, nə də qonaq” | Gediş-gəliş sakinlər üçün niyə əziyyətə çevrilib? - Baku TV

“Nə təcili yardım gəlir, nə də qonaq” | Gediş-gəliş sakinlər üçün niyə əziyyətə çevrilib? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 13 baxış
Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV

Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 42 baxış
Təhlükəli anlar | Güclü külək Gəncədə görün nələrə səbəb oldu - Baku TV CANLI

Təhlükəli anlar | Güclü külək Gəncədə görün nələrə səbəb oldu - Baku TV CANLI

Cəmiyyət
25 noyabr 2026 45 baxış
Piyadalar niyə yolun ortası ilə hərəkət edir?

Piyadalar niyə yolun ortası ilə hərəkət edir?

Cəmiyyət
25 noyabr 2026 54 baxış
“6-7 döngənin suyu buraya axır, göl olur!" | Əhali 2 ilə yaxındır ki, problemlə üz-üzədir - Baku TV

“6-7 döngənin suyu buraya axır, göl olur!" | Əhali 2 ilə yaxındır ki, problemlə üz-üzədir - Baku TV

Cəmiyyət
25 noyabr 2026 43 baxış
"Bir dəqiqəlik dünya dağıldı..." | Gəncədə külək fəsad yaratdı - "Ağac damın, sonra da maşının..."

"Bir dəqiqəlik dünya dağıldı..." | Gəncədə külək fəsad yaratdı - "Ağac damın, sonra da maşının..."

Cəmiyyət
25 noyabr 2026 42 baxış
Su və kanalizasiya xətləri çəkildi, amma küçə niyə bərpa olunmadı? | Qurumdan açıqlama - Baku TV

Su və kanalizasiya xətləri çəkildi, amma küçə niyə bərpa olunmadı? | Qurumdan açıqlama - Baku TV

Cəmiyyət
25 noyabr 2026 38 baxış
Yasamalda avtomobillər piyada səkilərini niyə zəbt edir? - Baku TV

Yasamalda avtomobillər piyada səkilərini niyə zəbt edir? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 75 baxış
Digahda yol qalmaqalı | İcra hakimiyyəti vətəndaşların yolunu satıb? - Baku TV CANLI

Digahda yol qalmaqalı | İcra hakimiyyəti vətəndaşların yolunu satıb? - Baku TV CANLI

Cəmiyyət
25 noyabr 2026 63 baxış
“VR Standartları 2026” - İnsan mərkəzli memarlıq üçün Azərbaycan müəllif modeli təqdim olunub

“VR Standartları 2026” - İnsan mərkəzli memarlıq üçün Azərbaycan müəllif modeli təqdim olunub

Cəmiyyət
25 noyabr 2026 74 baxış
Seçilmişlər
icon