Pleyeri seçin:
Sabirabadda 12 yaşlı qızını nişanlayan ata həbs edildi
Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Mübariz Musa oğlu Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.
Kopyalandı
#Sabirabad teqi istifadə olunub
- Sabirabadda dinin siyasiləşməsi və məzhəbçilik mövzusunda regional konfrans
- "Namusuna heç kim nəsə deyə bilməz!" | Qızı öldürülən ana fəryad etdi: "Uşağımın üstünə atdılar"
- Sabirabaddakı qandonduran qətllə bağlı təfərrüatlar ortaya çıxdı - CANLI
- Prezident İlham Əliyev bölgədə yaradılan müəssisələrlə tanış olub
- Sabirabadda içməli sudan əziyyət çəkən sakinlər | Problem nə vaxt həll olunacaq?
