Pleyeri seçin:
“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV
Dekabrın 22-də Xocalının Badara, Daşbulaq kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
Bu mərhələdə Daşbulaq kəndinə 4 ailə olmaqla 11 nəfər, Badaraya isə 15 ailə olmaqla 66 nəfər köç edib.
Doğma yurdlarına qayıdan sakinlər təəssüratlarını Baku TV ilə bölüşüblər.
“Bu torpağı görmək şərəfdir. Kəndimizə qayıtmışıq, burada təsərrüfatla məşğul olacağıq”, – sakinlərdən biri söyləyib.
Eyni tarixdə Ağdərənin kəndlərinə də köç olub. Həsənrizə 54, Kolatağa 31, Vəngli kəndinə isə 14 nəfər qayıdıb. Sakinlərə yeni evlərinin açarları təqdim olunub.
Bildirilib ki, yaşayış məntəqələrində rahatlıq və təhlükəsizlik üçün bütün zəruri infrastruktur yaradılıb.
Kopyalandı
#Xocalı teqi istifadə olunub
- 60 ailə doğma yurduna qayıtdı
- “Doğma yurdumda xidmət edəcəyəm” | Xankəndi, Xocalı və Ağdərəyə 142 nəfər köçürüldü
- "Cəmi bir xatirə qalıb..." | Ata yurduna müəllim kimi qayıdan Ballıca sakini - Baku TV
- “Kədərliyəm ki, atam yoxdur, sevinirəm ki...” | Badara və Seyidbəyli kəndlərinə növbəti köç
- Şuşakənd ilk əsgərini qarşıladı | “Bu torpaqdan ayaqyalın gedənlərin övladları indi...” - Baku TV
