Pleyeri seçin:

"Belə yer var dünyada?!" | Damcılı bulağın sirri | Kəmalə Xocalının Ballıca kəndində - KƏNDİNƏ QAYIT

01 mart 2026 594 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Ballıca kəndinə səfər edilib.

Ballıca kəndi Xocalı şəhər mərkəzindən təxminən 10 kilometrdən bir qədər artıq məsafədə yerləşir. Ərazi əvvəllər yaylaq kimi istifadə olunub. XIX əsrdən etibarən burada daimi yaşayış formalaşıb, kənd tədricən böyüyüb. İşğaldan əvvəl Ballıcada təxminən 1100 nəfər əhali yaşayırdı.

Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan sakinlər bu gün doğma torpaqlarına qayıdaraq yenidən öz evlərində həyat qururlar.

Onlar bildirirlər ki, əvvəllər bir evdə toplaşar, yemək bişirər, çay dəmləyər və saatlarla söhbət edərdilər. İndi isə həmin ənənə yenidən bərpa olunub. Çünki artıq ev də var, ocaq da var, bir araya gəlməyə yer də var.

Ballıca sakinlərindən biri qayıdışın onun üçün mənəvi dəyərini belə ifadə edib:

“Atam özü bu günü görməsə də, ruhu buradadır. Elə sevinirik ki, yenidən öz yurdumuza, öz yerimizə qayıtdıq”.

Veriliş çərçivəsində kəndin tarixi və təbiəti ilə bağlı da məlumat verilib. Sakin Teymur müəllim kəndin məşhur Damcılı bulağı haqqında danışıb.

Onun sözlərinə görə, vaxtilə kənddə su xətləri az olduğundan əhali əsasən təbii bulaqlardan istifadə edirdi. Qohum-əqrəba, kənd sakinləri su ehtiyacını məhz bu bulaqdan qarşılayırdı.

Teymur müəllim bildirib ki, Ballıcanın torpağı olduqca münbit olub, burada yetişən meyvə və bitkilər xüsusi dadı ilə seçilib. Kənddə arıçılıq geniş yayılıb, istehsal olunan bal isə suyun və təbiətin keyfiyyətinə görə xüsusilə dadlı olub.

O həmçinin qeyd edib ki, Damcılı bulağının suyu yay aylarında da sərin olur. Hətta 40 dərəcə isti havada belə bulağın ətrafında insan sərinlik hiss edir. Damcılayan su mənzərəsi isə kənd sakinləri tərəfindən təbiətin bir möcüzəsi kimi dəyərləndirilir.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 594 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 594 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 594 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 594 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 594 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 594 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 594 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 594 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 594 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 594 baxış
Seçilmişlər
icon