Pleyeri seçin:

Sirac sağalmayan ürək dağımdır… | Mərhum jurnalistin yaxınları onu belə yad etdi

29 avqust 2024 610 baxış

Bu gün – 29 avqust 4 iyun 2021-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun doğum günüdür.

Doğmaları, yaxınları Sumqayıt Şəhidlər xiyabanında şəhid jurnalistin məzarını ziyarət edib, xatirəsini yad ediblər.

“Siracsız onun ad gününü qeyd etmək bizə çox çətindir. Sirac aramızda olmasa da, həmişə qəlbimizdə yaşayır. Əzizləri, doğmaları heç vaxt onu unutmur. O, həmişə qəlbimizdə yaşayacaq. Sirac mənim sağalmayan ürək dağımdır”, – mərhum jurnalistin anası deyib.

Qeyd edək ki, Sirac Abışov 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış xüsusi çəkiliş qrupunda operator kimi çalışıb. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər edib.

2021-ci ilin iyunun 4-də Kəlbəcərin Susuzluq kəndinə növbəti çəkiliş üçün yola düşüb. Amma kəndə daxil olarkən heyəti aparan “KamAZ” markalı nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Sirac Abışov da daxil olmaqla 3 nəfər hadisə nəticəsində həlak olub.

Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Banner
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 610 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 610 baxış
Seçilmişlər
icon