Pleyeri seçin:

Şöhrəti hər yana yayılan məşhur Gəncə limonu - Baku TV

02 may 2026

Dadı, ətri və keyfiyyəti ilə Ordubad limonundan geri qalmayan Gəncə limonu bölgədə həm də "lumu" adı ilə tanınır. Hazırda Gəncədə bu meyvəni becərənlərin sayı azalsa da, Məmmədovlar ailəsi təxminən 200 ildir ki, bu ənənəni yaşadır.

Məmmədcəfər Məmmədov bildirib ki, bu limon növü onlara babalarından miras qalıb.

"Gəncə lumusu keyfiyyətinə görə Ordubad limonundan heç də geri qalmır, hətta bəzi xüsusiyyətlərinə görə ondan üstündür. Əsas fərqi ondadır ki, bu meyvədə kəskin turşuluq yoxdur və ətri çox güclüdür, birini kəsəndə ətri bütün evi bürüyür", – deyə o əlavə edib.

Məmmədovun sözlərinə görə, bu ağac olduqca həssasdır və xüsusi qulluq tələb edir. Meyvələr ağacın üstündə 2-3 il qala bilir ki, bu da onun daha da iriləşməsinə və keyfiyyətinin artmasına səbəb olur.

Təsərrüfat sahibi vurğulayıb ki, bu məhsul satış məqsədilə deyil, ailə ənənəsi kimi qorunub saxlanılır:

"Biz bu limonu bazara çıxarmırıq. Lakin müalicəvi əhəmiyyətinə görə həkim məsləhəti ilə müxtəlif rayonlardan gəlib bizdən tək-tək alanlar olur. Hətta vaxtilə bir ədədini 10 manata, ağacını isə 200 manata alanlar da olub. Bu irsi yaşatmağı özümüzə mənəvi borc bilirik".

Kopyalandı
Həll sadə olsa da, bu yolda problem niyə çarəsini tapmır? - NECƏ OLMALIDIR?

Həll sadə olsa da, bu yolda problem niyə çarəsini tapmır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
02 may 2026
Ailəsini amansızlıqla qətlə yetirən Əhmədlə bağlı yeni xəbərlər yayılıb - Baku TV

Ailəsini amansızlıqla qətlə yetirən Əhmədlə bağlı yeni xəbərlər yayılıb - Baku TV

Cəmiyyət
02 may 2026
Son zamanlar piyadaların vurulması hallarının artma səbəbləri nədir? | Ekspertdən açıqlama - Baku TV

Son zamanlar piyadaların vurulması hallarının artma səbəbləri nədir? | Ekspertdən açıqlama - Baku TV

Cəmiyyət
02 may 2026
Ana dilimizi niyə ikinci plana atırıq? | Paytaxt sakinlərinin fikirləri - Baku TV

Ana dilimizi niyə ikinci plana atırıq? | Paytaxt sakinlərinin fikirləri - Baku TV

Cəmiyyət
02 may 2026
Sakinlər etirazda | Evin qarşısında niyə gül əkmək və maşın saxlamaq qadağandır? - Baku TV

Sakinlər etirazda | Evin qarşısında niyə gül əkmək və maşın saxlamaq qadağandır? - Baku TV

Cəmiyyət
02 may 2026
Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı | Meyvənin qiyməti nə qədər olacaq? - Baku TV

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı | Meyvənin qiyməti nə qədər olacaq? - Baku TV

Cəmiyyət
02 may 2026
Qocalmağı ləngidən və xroniki xəstəliklərdən qoruyan içki

Qocalmağı ləngidən və xroniki xəstəliklərdən qoruyan içki

Cəmiyyət
02 may 2026
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - Baku TV

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - Baku TV

Cəmiyyət
02 may 2026
Bakıda Beynəlxalq Xalça Forumu keçirildi

Bakıda Beynəlxalq Xalça Forumu keçirildi

Cəmiyyət
02 may 2026
“Zakirin essesi” sənədli filminin təqdimatı keçirildi

“Zakirin essesi” sənədli filminin təqdimatı keçirildi

Cəmiyyət
02 may 2026
Seçilmişlər
icon