Pleyeri seçin:

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı | Meyvənin qiyməti nə qədər olacaq? - Baku TV

02 may 2026 558 baxış

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib.

Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar.

Onlardan biri bildirib ki, ardıcıl yağan yağışlar bağlarda lazımi işlərin görülməsinə mane olub:

“Şaftalı, nektarin və bir qədər də alça bağım var. Yağışlar ardıcıl yağdığı üçün işlərimizi tamamlaya bilmədik. Bundan əlavə, dərman preparatlarının vaxtında çilənməməsi, çilənən dərmanların isə yağışla yuyulub getməsi böyük ziyana səbəb olub. Bu il, demək olar ki, məhsulun 85-90 %-i yoxdur. Təxminən 8-9 min manat civarında ziyana düşmüşəm”.

Digər bir fermer isə qeyri-sabit havanın müxtəlif bölgələrə fərqli dərəcədə təsir etdiyini qeyd edib:

“Hava şəraiti Zaqatala, Balakən və Qax rayonlarında daha çox fəsad törədib. Bu bölgələr iqlim baxımından daha həssasdır. Yağıntıların çox olması həm rütubəti, həm də nəmliyi artırır ki, bu da müxtəlif xəstəliklərin sürətlə yayılmasına şərait yaradır. Məhsulun az olması, şübhəsiz ki, bu il satış qiymətlərinə də təsir edəcək. Görünən odur ki, gilas, alça və şaftalı bazarlarda daha baha qiymətə satılacaq”.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 558 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 558 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 558 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 558 baxış
Seçilmişlər
icon