Pleyeri seçin:

Ana dilimizi niyə ikinci plana atırıq? | Paytaxt sakinlərinin fikirləri - Baku TV

02 may 2026 533 baxış

Son illər valideynlər arasında yayılan bir tendensiya ciddi qınaq obyektinə çevrilməyə başlayıb. Belə ki, uşaqlar ana dilini tam mənimsəməmiş onların xarici dil öyrənməyə cəlb edilməsi halları artıb. Bəzi valideynlər bunu kiçik yaşda dil öyrənməyin daha effektiv olması və gələcəkdə iş tapmaq imkanlarının genişlənməsi ilə əsaslandırsalar da, ekspertlər fərqli mövqedədirlər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaq ana dilində baza formalaşdırmadan xarici dilə yönləndirilərsə, bu onun həm nitq inkişafına, həm də psixologiyasına mənfi təsir göstərə bilər. Bu prosesdə əsas şərt uşağın yaşına uyğun metodların seçilməsi və ana dilinin heç vaxt arxa plana keçirilməməsidir.

Təhsil üzrə ekspert Elmin Nurizadənin sözlərinə görə, pedaqogikanın hər yaş dövrünə uyğun xüsusi tələbləri və fərdin şəxsiyyət kimi formalaşma mexanizminin meyarları var:

“Azyaşlı uşaq şəxsiyyətə doğru ilkin addımlarını atarkən bünövrəni qurmaq üçün, ilk növbədə, oxuyub-anlama prinsiplərini önəmsəməlidir. Bu inkişaf isə şüuraltı proses olaraq doğma dildə baş verir. Əgər bu mərhələdə şagirdi xarici dillə yükləsək, bu, müəyyən fayda versə də, bir çox məsələdə neqativ fəsadlarını göstərəcək”.

Bəs ana dilinin qorunması və təbliği istiqamətində hansı işlər görülür?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən qeyd olunub ki, son illərdə hazırlanmış dərsliklər Azərbaycan dilinin zənginliyini, ifadə imkanlarını və milli-mədəni xüsusiyyətlərini şagirdlərin yaş səviyyəsinə uyğun mətnlərlə təqdim edir:

“Eyni zamanda digər dillərdə tədris aparılan siniflərdə də müəyyən fənlərin dövlət dilində tədrisi Azərbaycan dilinin dövlətçilik rəmzi kimi istifadəsinin genişləndirilməsi, bu dildə təhsil alan şagirdlərdə Azərbaycan dilinə, ölkənin tarixinə və milli dəyərlərinə hörmət hissinin formalaşdırılması məqsədi daşıyır. Bu istiqamətdə əlavə olaraq həmin siniflərdə dərsdənkənar məşğələlər üçün ayrılan həftəlik saatlardan biri “Azərbaycan dili – dövlət dili kimi” fənninə verilib”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 533 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 533 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 533 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 533 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 533 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 533 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 533 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 533 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 533 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 533 baxış
Seçilmişlər
icon