Soyuq havaların əvəzedilməz yeməyi | Xaşın bu faydasını bilirdiniz?
Xaşın insan orqanizmi üçün xeyirli bir yemək olduğunu bilirik. Amma bu yeməyin dəri problemlərinə də inanılmaz faydası olduğu ortaya çıxıb.
Türkiyəli fitoterapiya mütəxəssisi Ümit Aktaşın sözlərinə görə, xaş və sümük suyundan hazırlanan şorba kollagen maddəsi ilə zəngindir.
Həkimin fikrincə, kollagen bədənimizin ayaqda durmasını təmin edən maddədir. Bu maddə eyni zamanda dəri sağlamlığı baxımından da vacibdir.
“Qadınlar “anti-aging”, yəni dəri cavanlaşdırma tərkibli bahalı kremlər alırlar. Bunun əvəzinə həftədə 2-3 dəfə xaş içsələr, dəriləri daha gözəl olacaq”, – həkim bildirib.
Ümit Aktaş əlavə edib ki, xaş həmçinin qış aylarında artan xəstəliklərə qarşı təbii qalxan rolunu oynayır. Tam bir vitamin qaynağı olan xaşa sirkə və sarımsaq əlavə olunursa, onun faydaları saymaqla bitməz.