Pleyeri seçin:

Streslə necə mübarizə aparmaq lazımdır? | Sakitləşməyin müxtəlif yolları açıqlandı

17 yanvar 2025 611 baxış

Streslə necə mübarizə aparmaq lazımdır?

Rusiyalı psixoloq Yelena Qorelova streslə mübarizənin effektiv strategiyalarından danışıb.

İlk növbədə emosiyaları idarə etməyi öyrənmək və dincələ bilməyin yollarını tapmaq vacibdir. Y.Qorelovanın fikrincə, stres yaşadığınız üçün özünüzü mühakimə etməsəniz, ona qalib gələ bilərsiniz.

“Daxili reaksiyalarınızı başa düşmək psixo-emosional vəziyyətinizi yaxşılaşdırmaq yolunda mühüm elementdir”, – deyə psixoloq vurğulayıb.

Fiziki fəaliyyət, meditasiya və yaxınlarınızla ünsiyyət daxili tarazlığı bərpa etməyə kömək edəcək. Bundan əlavə, psixoloq düzgün istirahət və nizamlı yuxunu da unutmamağa çağırıb. Meditasiya və ya sadə nəfəs məşqləri üçün gündə cəmi 10-15 dəqiqə ayıra bilərsiniz.

Bundan əlavə, psixoloq vurğulayıb ki, “yox” deməyi öyrənmək, vaxt və resursları qorumaq vacibdir. Dostlardan, qohumlardan və ya mütəxəssislərdən kömək istəməkdən çəkinmək olmaz.

Dietoloq Marina Makişanın fikrincə isə küncüt streslə mübarizə aparmağa kömək edir. Tərkibində yüksək miqdarda maqnezium var, o narahatlıq və sinir gərginliyini aradan qaldırır. Digər psixoloq Dmitri Stepanov saqqız çeynəməyin stresin öhdəsindən gəlməyə kömək etdiyini söyləyib. O izah edib ki, stres zamanı üz əzələləri gərginləşir və beyin yalnız mənfi emosiyalara diqqət yetirir. Saqqız çeynəmək əzələlərin rahatlamasına kömək edən trigeminal siniri aktivləşdirir.

Bundan əlavə, Toronto Universitetinin alimləri müəyyən ediblər ki, güclü stres yaddaş pozğunluqları yaradır və insanın təhlükəsiz vəziyyətləri təhlükəli vəziyyətlərlə qarışdırmasına səbəb olur.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 611 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 611 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 611 baxış
Seçilmişlər
icon