Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir.
Qeyd olunub ki, gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Baş Dövlət Yol Polisi İdarəsi həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
“Dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması vacibdir”, – deyə müraciətdə bildirilib.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
- Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR
- BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV
- DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI
