"Təlimdə əsas məqsəd..." | İmişlidə kompleks mülki müdafiə təliminə 42 texnika cəlb edildi - Baku TV
İmişli rayonunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilir.
Bu barədə FHN-in Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov məlumat verib.
“Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin hazırlıq dərəcələrinə gətirilməsi, mülki müdafiə planlarının reallığının yoxlanılması, rəhbər və komandir-rəis heyətinin fəaliyyəti zamanı bilik və bacarıqlarının artırılması, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə rayon xidmətlərinin qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və həyata keçirilməsindən ibarətdir.
Təlimin gedişində qarşıya qoyulmuş məqsədə nail olunub. Təlimə Fövqəladə Hallar Nazirliyinin və rayon xidmətlərinin ümumilikdə 196 nəfər şəxsi heyəti və 42 ədəd texnikası cəlb olunub”, – deyə o bildirib.
#Fövqəladə Hallar Nazirliyi teqi istifadə olunub
- Balaxanıda obyektdə yanğın baş verib | FHN hadisə yerində - Baku TV
- Küləkli havada bu məkanlardan uzaq durun! - Baku TV CANLI
- Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV CANLI
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
- FHN xəbərdarlıq etdi: Bu ərazilərdən uzaq durun - Baku TV CANLI
