"Girirlər suya, orada batıb qalırlar" | Əhali etiraz edir: "Pensiyaçıyam, girinc qalmışam" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda fermerlər suvarma problemindən əziyyət çəkirlər.
Maldarlıqla məşğul olan təsərrüfat sahiblərinin sözlərinə görə, Muğan-Salyan kollektorundan təsərrüfatlara suyun verilməsi dayandırılıb.
Fermerlər bildirirlər ki, nəticədə 700-dən çox mal-qara susuz qalıb, yonca sahələri isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Sakinlər yaranan problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Fermerlərdən biri suyun əvvəllər fasiləsiz verildiyini deyib və vəziyyəti belə ifadə edib:
“Gözümü açandan bu kanaldan həmişə su axıb. İçməli su kimi olmasa da, bütün mal-qara üçün ondan istifadə etmişik, əkinimizi suvarmışıq. İndi suyumuzu kəsiblər. Pensiyaçı adamam, maşınla su almağa pulum yoxdur. Mal-qaram susuz qalıb qırılır. Əgər heyvanlar tələf olarsa, insanlar da pis vəziyyətdə qalacaq. Heyvan olmayandan sonra ailəmizi nə ilə saxlayacağıq?! ”.
#Cəlilabad teqi istifadə olunub
- Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT
- “Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
