Pleyeri seçin:
Tərtərdə sursat partladı
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Tərtər teqi istifadə olunub
- Meyvə bağları üzrə ən böyük aqrar sığorta ödənişi edilib
- Tərtərdə kişi keçmiş həyat yoldaşına dəhşət yaşatdı
- Tərtərdə Beynəlxalq Kulinariya günü | Qərbi Azərbaycan mətbəxi nümayiş olundu
- Məktəbdə 11-ci sinif şagirdi döyüldü | Hadisənin təfərrüatı
- Tərtərdəki faciəvi hadisə ilə bağlı araşdırma aparılır
