Pleyeri seçin:

Uşaqların tərbiyəsində əsas məsuliyyəti kim daşıyır? - Baku TV

10 fevral 2026 394 baxış

Uşaqların zərərli internet oyunlarından istifadəsi, onların sosial şəbəkədə uyğunsuz materiallara əlçatanlığı ciddi narahatlıq doğurur.

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, internet məkanında yayılan müxtəlif oyunlar gənclərin düşüncəsinə, eləcə də təlim-tərbiyəsinə mənfi təsir göstərir:

“Müxtəlif internet oyunları və sosial media uşaq və yeniyetmələrdə psixoloji gərginlik yaradır. Uşaqların sosial mediadan və internetdən sərbəst istifadəsinə məhdudiyyət qoyulmalı, eyni zamanda qanunvericilikdə bir sıra ciddi dəyişikliklərin edilməsi nəzərdən keçirilməlidir. Hazırda internetdə sərbəst şəkildə əlçatan olan müəyyən oyunlar mövcuddur. Həmin oyunların ölkəmizdə istifadəsinə və əlçatanlığına son qoyulmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, kriminal aləmə meyllilik, sosial platformalarda bəzi şəxslərin daha yaxşı həyat yaşadığını düşünərək onlara bənzəməyə çalışmaq gənclərin davranışlarına mənfi təsir göstərir:

“Buraya həm onlayn, həm də oflayn oyunlar, xüsusilə aqressiv məzmunlu oyunlar daxildir. Şagirdlər həmin oyunlarda gördükləri mənzərəni real həyata tətbiq etməyə meylli olurlar. Valideynlər övladlarına ağıllı telefon təqdim edərkən mütləq valideyn nəzarəti funksiyasından istifadə etməlidirlər. Onlar uşaqlarının hansı məzmunlara maraq göstərdiyini izləməli və zərərli kontentlərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər”.

Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı ölkələri – Böyük Britaniya, Avstraliya, İspaniya və digər ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiqinin artıq vaxtı çatıb.

Kopyalandı
Banner
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 394 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 394 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 394 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 394 baxış
Seçilmişlər
icon