Vətən yolunda canlarından keçən igidlərimiz | Qazilər müharibədə başına gələnlərdən danışdı
Həyatda ən qiymətli nemət cansağlığıdır. Qazilərimiz isə bu Vətən yolunda canlarından belə keçməyə hazır olduqlarını elə canları bahasına sübut ediblər.
Vətən müharibəsində iştirak etmiş qəhrəmanlardan biri də Ramazan Allahverdiyevdir.
Ramazan Baku TV-yə İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli və çətin döyüş yolundan danışıb.
“Ağdərə, Kəlbəcər, Murovdağ, Suqovuşaan, Talış kənd istiqamətində döyüşmüşəm. Suqovuşana yenicə daxil olmuşduq, yaralılarımız var idi. Vəziyyətləri çox pis idi. Üç nəfər yaralımızı çıxartdıq. Gecə birini apardıq, arxaya qayıdanda ermənilərin meyitlərini gördük, xırıltı səsi gəlirdi.
Nizamiyə dedim ki, bizi tələyə salıblar, öldürəcəklər. Getdim gördüm ki, erməni meyitlərinin içərisində bizim yaralı əsgər var. Adam qorxurdu yaxınlaşmağa, çünki bomba da qoya bilərdilər. Amma onu orada buraxa bilməzdik, çünki buna qeyrətimiz imkan verməzdi. Yaxınlaşdıq, əsgər dedi ki, su verin, sonra da məni güllələyin, yoxsa gəlib sizi də öldürəcəklər. Mən həyatımda ilk dəfə həmin an ağladım”, – deyə R.Allahverdiyev bildirib.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
- Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- “Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV
- Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV
