Vətəndaşlar üçün pulsuz avtobus reysləri təşkil olunur | AYNA-dan açıqlama
Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə və istirahət mərkəzlərinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobuslar istifadəyə verilib.
Bu mikroavtobuslar şəhərin mərkəzi hissəsində, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulan piyada yönümlü yollarda fəaliyyət göstərəcək. Xidmətdən həm yerli sakinlər, həm də turistlər istifadə edə biləcəklər. Şatl mikroavtobuslar həftə sonları və bayram günləri saat 12-00-dan 00-00-dək işləyəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov bildirib ki, layihə artıq şəhər sakinlərinin və turistlərin istifadəsinə verilib:
“Xidmət ödənişsizdir. Mikroavtobuslar iki istiqamətdə işləyir. C1 xətti Zərifə Əliyeva küçəsinin sonu istiqamətində, C2 xətti isə Sabir bağı və Əziz Əliyev küçəsinin sonunu əlaqələndirən marşrut üzrə fəaliyyət göstərir. Mikroavtobuslar 7-10 dəqiqəlik intervalla işləyəcək. Layihə hələ ki müddətsizdir. Daimi davam etdirilməsi nəzərdə tutulur”.
#Yerüstü Nəqliyyat Agentliyi teqi istifadə olunub
- "28 May" və "Nizami" arasında ekspres marşrutlar fəaliyyət göstərir
- Metroda xətlər ayrıldı | Ekspres avtobuslardan istifadə edənlər nəyi bilməlidir? - Baku TV
- "20 Yanvar" dairəsi istiqamətinə... | Paytaxtda hansı dəyişikliklər edildi? - Baku TV
- Mart ayının 30-na qədər... | Bölgələrə gedənlərin nəzərinə - Baku TV
- Bakının qəsəbələrində yeni avtobuslar fəaliyyətə başlayacaq | Sakinlərin nəzərinə - Baku TV
