Pleyeri seçin:

Vəzifəli şəxslər doğum evindəki yanğına görə məsuliyyətə cəlb edildi

10 yanvar 2024 322 baxış

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa, çoxsaylı tibbi avadanlıqların elektrik xətlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir.

Kopyalandı
ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

Cəmiyyət
07 avqust 2026 322 baxış
Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Cəmiyyət
06 avqust 2026 322 baxış
Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 322 baxış
"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

Cəmiyyət
06 avqust 2026 322 baxış
Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Cəmiyyət
06 avqust 2026 322 baxış
Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 322 baxış
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 322 baxış
Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 322 baxış
"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 322 baxış
Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Cəmiyyət
06 avqust 2026 322 baxış
Seçilmişlər
icon