Pleyeri seçin:

Baş Prokuroluq Perinatal Mərkəzlə bağlı məlumat yaydı | Detallar açıqlandı

10 sentyabr 2024 390 baxış

“Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Sentyabrın 9-da iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV

Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV

Hadisə
07 avqust 2026 390 baxış
Yay istirahəti faciə ilə nəticələndi | Bir anın ehtiyatsızlığı faciəyə çevrildi - Baku TV

Yay istirahəti faciə ilə nəticələndi | Bir anın ehtiyatsızlığı faciəyə çevrildi - Baku TV

Hadisə
07 avqust 2026 390 baxış
Məclisdə düşən dava qanla bitdi | İstirahət faciə ilə nəticələndi - Baku TV

Məclisdə düşən dava qanla bitdi | İstirahət faciə ilə nəticələndi - Baku TV

Hadisə
07 avqust 2026 390 baxış
Dənizdə növbəti faciə | Nəzarətsiz ərazidə çimmək faciə ilə bitdi - 24 SAAT

Dənizdə növbəti faciə | Nəzarətsiz ərazidə çimmək faciə ilə bitdi - 24 SAAT

Hadisə
06 avqust 2026 390 baxış
Məhkəmə zalında gərgin anlar | Məşhur tiktoker haqqında hansı qərarı verdi? - Baku TV

Məhkəmə zalında gərgin anlar | Məşhur tiktoker haqqında hansı qərarı verdi? - Baku TV

Hadisə
06 avqust 2026 390 baxış
"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

Hadisə
06 avqust 2026 390 baxış
Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Hadisə
06 avqust 2026 390 baxış
Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Hadisə
06 avqust 2026 390 baxış
Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə
06 avqust 2026 390 baxış
Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
06 avqust 2026 390 baxış
Seçilmişlər
icon