Pleyeri seçin:

Xalq artisti Rasim Balayev dünyasını dəyişdi - Baku TV

29 mart 2026 21 baxış

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev vəfat edib.

Tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən Rasim Balayev ilk rolunu “Ulduzlar sönmür” filmində alıb. Daha sonra o, “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisi gün gecəyarısı” kimi ekran əsərlərində epizodik rolları uğurla canlandırıb.

Rasim Balayev “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb. O həmçinin “Özbəkfilm”, “Mosfilm” və digər studiyalar ilə fəal əməkdaşlıq edib və bir sıra filmlərə çəkilib.

Rasim Balayev 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra edib.

Kopyalandı
Qidalanma səhvlərinə diqqət yetirilməlidir

Qidalanma səhvlərinə diqqət yetirilməlidir

Cəmiyyət
29 mart 2026 21 baxış
"Ata sözünü ilk dəfə onun qızından eşitdim" | Xanımı faciəvi şəkildə ölən Orxan ürəkləri dağladı

"Ata sözünü ilk dəfə onun qızından eşitdim" | Xanımı faciəvi şəkildə ölən Orxan ürəkləri dağladı

Cəmiyyət
28 mart 2026 21 baxış
“Ölkənin ən kasıb rejissoruyam" | Kənan MM polisə çağırılmasından və tənqidlərdən danışdı - QAPQARA

“Ölkənin ən kasıb rejissoruyam" | Kənan MM polisə çağırılmasından və tənqidlərdən danışdı - QAPQARA

Cəmiyyət
28 mart 2026 21 baxış
Su basmış ərazilərdən insanlar təxliyə edildi - Baku TV

Su basmış ərazilərdən insanlar təxliyə edildi - Baku TV

Cəmiyyət
28 mart 2026 21 baxış
Özbəkistandan Azərbaycana təhlükəli arılar gətirilib? - Baku TV

Özbəkistandan Azərbaycana təhlükəli arılar gətirilib? - Baku TV

Cəmiyyət
28 mart 2026 21 baxış
"İnşaatçılar" mədəniyyət evi ilə niyə maraqlanan yoxdur? - Baku TV

"İnşaatçılar" mədəniyyət evi ilə niyə maraqlanan yoxdur? - Baku TV

Cəmiyyət
28 mart 2026 21 baxış
Fövqəladə Hallar Nazirliyinin gücləndirilmiş iş rejimində fəaliyyəti davam edir

Fövqəladə Hallar Nazirliyinin gücləndirilmiş iş rejimində fəaliyyəti davam edir

Cəmiyyət
28 mart 2026 21 baxış
Yağışda köməksiz qalan sakinlər təxliyə edilib

Yağışda köməksiz qalan sakinlər təxliyə edilib

Cəmiyyət
28 mart 2026 21 baxış
"Qatarların qrafikində kənara çıxma halları ola bilər" | Bəxtiyar Hacıyev

"Qatarların qrafikində kənara çıxma halları ola bilər" | Bəxtiyar Hacıyev

Cəmiyyət
28 mart 2026 21 baxış
Azərbaycan və bir çox dünya ölkələrində ekstremal hava şəraiti müşahidə olunur

Azərbaycan və bir çox dünya ölkələrində ekstremal hava şəraiti müşahidə olunur

Cəmiyyət
28 mart 2026 21 baxış
Seçilmişlər
icon