Pleyeri seçin:

Özbəkistandan Azərbaycana təhlükəli arılar gətirilib? - Baku TV

28 mart 2026 380 baxış

"Özbəkistandan Azərbaycana bir TIR gənələrlə yoluxmuş arı gətirilib".

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib ki, onlar "Tropilaelaps" gənəsi ilə yoluxmuş olub.

Ölkəyə gətirilən bu təhlükəli arıların fermerlərə satıldığı iddia olunur. Fermerlər bildirirlər ki, əgər bunun qarşısı alınmasa, təsərrüfatlara çox böyük ziyan dəyəcək.

Bədrəddin Həsrətov vurğulayıb ki, Özbəkistan Rusiyaya külli miqdarda arı ixrac etsə də, "Tropilaelaps" gənəsinin kütləvi yayılması səbəbindən Rusiya tərəfi bu idxaldan imtina edib. Nəticədə, Özbəkistan ixracatçıları yeni satış bazarları axtararaq Azərbaycan bazarına daxil olublar.

O həmçinin qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arıları təqdim olunan sənədlərə əsaslanaraq ölkəyə buraxıb, onlar tək-tək yoxlanılmayıb:

"Sözügedən arılar şanlarda gətirilib. Bu da xəstəliyin yayılma riskini qat-qat artırır".

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar. Hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır.

Onu da bildirək ki, bu gənələr arı sürfələri ilə qidalanır. Nəticədə, arılar deformasiyaya uğrayır, viruslar yayılır, arı ailələri sürətlə zəifləyir və məhvə doğru gedir.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 380 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 380 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 380 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 380 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 380 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 380 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 380 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 380 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 380 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 380 baxış
Seçilmişlər
icon