Pleyeri seçin:

At və uzunqulaqlar hara yoxa çıxır? | Sayları kəskin azaldı, dəhşətli faktlar üzə çıxdı - Baku TV

27 mart 2026 21 baxış

Azərbaycanda rəsmi statistikaya görə, mal-qara, qoyun və keçilərlə yanaşı, ətinin yeyilməsinə üstünlük verilməyən at və uzunqulaqların da sayı azalır. Təkcə 2025-ci ildə uzunqulaqların sayı 2398 baş azalıb. Həmçinin 2025-ci ilin yanvarın 1-nə ölkədə 49 400 baş at qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 3700 baş azalma deməkdir.

Bəs bu heyvanların sayının azalması onların yeyinti sənayesində istifadə edilməsi ehtimalını yaradırmı?

İqtisadçı Xalid Kərimli bildirib ki, təsərrüfatlar getdikcə böyüyür və nəticədə, əkinçilikdə və daşımalarda mexaniki nəqliyyat vasitələrindən istifadə genişlənir:

“Artıq at, eşşək və bu tip heyvanlara tələbat azalıb. Səbəb təsərrüfatlarda onların istifadəsinin minimuma enməsidir. Digər mühüm amil isə urbanizasiyadır. Regionlardan şəhərlərə axın güclənir, kənd təsərrüfatı fəaliyyətinin strukturu dəyişir. Nəticədə, əti yeyilməyən heyvanlara tələbat da azalır”.

Bununla belə, müvafiq dövlət qurumları tərəfindən at ətinin “mal əti” adı altında satılması cəhdlərinin aşkarlanması halları da qeydə alınır. Hətta bəzi hallarda ət qutablarında at DNT-si müəyyən edilib.

Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirilib ki, il ərzində 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub. Onlardan 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı “mal əti” adı altında satılan məhsullardan götürülən nümunələrdə bəzi hallarda at və camış DNT-si müəyyən edilib.

"Stalin də burada olub" | Bu daşa mismar vuranın arzusu gerçək olur? - Sirli məkan- Baku TV

"Stalin də burada olub" | Bu daşa mismar vuranın arzusu gerçək olur? - Sirli məkan- Baku TV

Cəmiyyət
27 mart 2026 21 baxış
Bakı niyə hər dəfə bu hala qalır? - Əraziləri su basdı | Dəhşətə gətirən vəziyyət - Baku TV

Bakı niyə hər dəfə bu hala qalır? - Əraziləri su basdı | Dəhşətə gətirən vəziyyət - Baku TV

Cəmiyyət
27 mart 2026 21 baxış
Beynəlxalq səyyahların Zəngilana etdikləri səfərdən görüntülər - Baku TV

Beynəlxalq səyyahların Zəngilana etdikləri səfərdən görüntülər - Baku TV

Cəmiyyət
27 mart 2026 21 baxış
"Hərəyə bir cür təsir edir" - Ağır hadisələrin arxasında nə var? - "Ağlı çıxıb yerindən" - Baku TV

"Hərəyə bir cür təsir edir" - Ağır hadisələrin arxasında nə var? - "Ağlı çıxıb yerindən" - Baku TV

Cəmiyyət
27 mart 2026 21 baxış
Milli Hidrometeorologiya Xidmətindən məlumat - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidmətindən məlumat - Baku TV CANLI

Cəmiyyət
27 mart 2026 21 baxış
37 ölkədən olan nümayəndələr Laçında infrastruktur və bərpa işləri ilə tanış oldular - Baku TV

37 ölkədən olan nümayəndələr Laçında infrastruktur və bərpa işləri ilə tanış oldular - Baku TV

Cəmiyyət
27 mart 2026 21 baxış
Səyyahlar Şuşanın tarixi və mədəni görməli yerləri ilə tanış olublar - Baku TV

Səyyahlar Şuşanın tarixi və mədəni görməli yerləri ilə tanış olublar - Baku TV

Cəmiyyət
27 mart 2026 21 baxış
"90 faizi məhv olub, ölüm səbəbləri..." | Fermerləri minlərlə manat ziyana nə saldı? - Baku TV

"90 faizi məhv olub, ölüm səbəbləri..." | Fermerləri minlərlə manat ziyana nə saldı? - Baku TV

Cəmiyyət
26 mart 2026 21 baxış
"Tutsam, oradaca basdıraram" | Gündəm olan videolar: "Tünzalə məzardan çıxıb daşa sarılır" - Baku TV

"Tutsam, oradaca basdıraram" | Gündəm olan videolar: "Tünzalə məzardan çıxıb daşa sarılır" - Baku TV

Cəmiyyət
26 mart 2026 21 baxış
"Şəkərin 1 nömrəli dərmanıdır" | Möcüzəvi təsiri olan məhsulun daha hansı faydaları var? - Baku TV

"Şəkərin 1 nömrəli dərmanıdır" | Möcüzəvi təsiri olan məhsulun daha hansı faydaları var? - Baku TV

Cəmiyyət
26 mart 2026 21 baxış
Seçilmişlər
icon