Pleyeri seçin:

"Tutsam, oradaca basdıraram" | Gündəm olan videolar: "Tünzalə məzardan çıxıb daşa sarılır" - Baku TV

26 mart 2026 18 baxış

Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında “canlandıraraq” videolar hazırlayırlar. Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir və mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirir.

Məsələ yalnız etik çərçivə ilə məhdudlaşmır. Bu tip kontentlər həm dini, həm də psixoloji baxımdan ciddi suallar doğurur. Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir?

Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev də məsələyə münasibət bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu tip videolar ona pis təsir edir:

“Bəzən proqram vasitəsilə hazırlanmış görüntülər qarşıma çıxır. Tünzalə guya məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta sarsıdır. Bəzən bunu edən insanlara əsəbiləşirəm. Sonra düşünürəm ki, bunu maddi qazanc üçün edirlər. Anlamağa çalışıram. Amma olmazmı ki, hər kəs öz ailəsindən biri üçün belə videolar hazırlasın, başqalarına toxunmasın? Əminəm ki, pis niyyətləri yoxdur, lakin bilin ki, bu bizə yaxşı təsir etmir”.

İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan bu cür görüntülərin hazırlanması və yayılması doğru hesab olunmur.

Onun sözlərinə görə, insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid məsələdir və bu nə elmi, nə də dünyəvi baxımdan tam izah edilə bilən bir prosesdir:

“Bu həm də mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir”.

"90 faizi məhv olub, ölüm səbəbləri..." | Fermerləri minlərlə manat ziyana nə saldı? - Baku TV

"90 faizi məhv olub, ölüm səbəbləri..." | Fermerləri minlərlə manat ziyana nə saldı? - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
"Şəkərin 1 nömrəli dərmanıdır" | Möcüzəvi təsiri olan məhsulun daha hansı faydaları var? - Baku TV

"Şəkərin 1 nömrəli dərmanıdır" | Möcüzəvi təsiri olan məhsulun daha hansı faydaları var? - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
"Qorxma, şəkil göndər..." - Uşaqları internetdə gözləyən təhlükə | Ombudsmandan videoçarx - Baku TV

"Qorxma, şəkil göndər..." - Uşaqları internetdə gözləyən təhlükə | Ombudsmandan videoçarx - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
Niyə evlənənlər azalıb, ölənlər çoxalıb? - "O adamlar daha çox boşanır ki..." - Baku TV

Niyə evlənənlər azalıb, ölənlər çoxalıb? - "O adamlar daha çox boşanır ki..." - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
Yasamalda irigövdəli ağacları kəsənlər ifşa olundu | Qapını üzümüzə bağlasalar da... - Baku TV

Yasamalda irigövdəli ağacları kəsənlər ifşa olundu | Qapını üzümüzə bağlasalar da... - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
"Başımıza daş tökülür" | Təhlükə saçan binanın sakinləri özlərindən çıxdı - Baku TV

"Başımıza daş tökülür" | Təhlükə saçan binanın sakinləri özlərindən çıxdı - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
Qarabağa beynəlxalq axın | 37 ölkədən 79 səyyah Ağdama gəldi - Baku TV

Qarabağa beynəlxalq axın | 37 ölkədən 79 səyyah Ağdama gəldi - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
Əmbərçay kəndində ənənəvi at yarışı keçirilib - Baku TV

Əmbərçay kəndində ənənəvi at yarışı keçirilib - Baku TV

Cəmiyyət
26 mart 2026 18 baxış
Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? | "Çin öz xeyrinə olanı edəcək" - Baku TV

Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? | "Çin öz xeyrinə olanı edəcək" - Baku TV

Cəmiyyət
25 mart 2026 18 baxış
Əsl dağ balı necə hazırlanır? | Kəlbəcərli müəllim Baku TV-yə danışdı - Baku TV

Əsl dağ balı necə hazırlanır? | Kəlbəcərli müəllim Baku TV-yə danışdı - Baku TV

Cəmiyyət
25 mart 2026 18 baxış
Seçilmişlər
icon