Pleyeri seçin:

Niyə evlənənlər azalıb, ölənlər çoxalıb? - "O adamlar daha çox boşanır ki..." - Baku TV

26 mart 2026 488 baxış

Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Belə ki, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 2026-cı ilin ilk ayında 2922 nikaha daxilolma və 1779 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

Sosioloq Lalə Mehralı bildirib ki, gənclərin ailə qurmaqdan çəkinməsinin müxtəlif sosial-iqtisadi səbəbləri var:

“Paytaxtda yaşayan gənclər üçün əsas maneə mənzil problemidir. Gənc qızlar çox vaxt evi olmayan oğlanlara şans vermirlər. Bölgələrdə isə mənzil və torpaq məsələsi o qədər kəskin olmasa da, işsizlik və gəlir səviyyəsinin aşağı olması əsas problemdir”.

Ekspertin fikrincə, dövlət tərəfindən yeni evlənən gənclərə dəstək məqsədilə kiçik faizli kreditlər və sosial evlər layihəsi kimi xüsusi proqramlar tətbiq edilə bilər.

Bundan əlavə, 2026-cı ilin yanvar ayı ərzində ölkədə 6243 ölüm halı qeydə alınıb. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 6,6-dan 7,2-yə qədər artım deməkdir. Beləliklə, rəsmi statistika göstərir ki, ilin ilk ayında həm nikahların, həm də boşanmaların sayında azalma müşahidə olunsa da, ölüm hallarının artması demoqrafik mənzərədə diqqətçəkən əsas məqamlardan biri kimi önə çıxır.

Mütəxəssislər isə hesab edirlər ki, bu tendensiyalar, sosial-iqtisadi amillər ailə institutuna yanaşma və ümumi həyat şəraiti ilə birbaşa bağlıdır. 

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 488 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 488 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 488 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 488 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 488 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 488 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 488 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 488 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 488 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 488 baxış
Seçilmişlər
icon