Pleyeri seçin:

"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" | Bibi və qardaşı qızı arasında ev davası - Baku TV

25 mart 2026 312 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən Suraxanı rayonu, Əmi Məmmədov küçəsinin sakini bildirir ki, atasına məxsus həyət evindən bibisi tərəfindən çıxarılıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edilib və həmin evdən qadına pay verilməsi müəyyən olunub. Lakin bibisi bu qərardan apellyasiya şikayəti verib və mübahisə hələ də davam edir.

“Artıq səkkiz-doqquz ildir kirayədə yaşayırıq. Öz evimiz ola-ola başqa yerdə qalırıq. Evi kirayəyə veriblər, biz isə kirayələrdə qalırıq. Qardaşım qəbiristanlıqda işləyir, qəbir qazır. Körpə uşağım var, gələcəyin əsgərini böyüdürəm. Deyir ki, sizə evdən heç nə verməyəcəyəm. Hətta məhkəmə sizin xeyrinizə qərar versə belə, yenə də verməyəcəyəm. Deyir ki, sizə göz verib işıq verməyəcəyəm. Məhkəmə qərar verdi ki, ev yarı bölünməlidir. Amma o razılaşmır. Hazırda küçədə qalmışıq”, – deyə şikayətçi bildirib.

Qonşunun sözlərinə görə, ailə uzun müddətdir çətin şəraitdə yaşayır.

“Bunların heç kimi yoxdur, valideynləri vəfat edib. Anaları dünyasını dəyişəndən sonra bibi onları aldadaraq evdən çıxarıb, guya təmir etdirəcəyini deyib. Uşaqlar evdən çıxandan sonra evi təmir edib kirayəyə verib. Yetim uşaqlar qəbiristanlıqda işləyir, ayda 200-250 manat kirayə ödəyirlər. Çox çətin vəziyyətdədirlər. Halbuki bu onların atasından qalan mülkdür. Bibinin isə üçmərtəbəli villası var”, – deyə qonşu əlavə edib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 312 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 312 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 312 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 312 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 312 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 312 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 312 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 312 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 312 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 312 baxış
Seçilmişlər
icon