Səyyahlar Şuşanın tarixi və mədəni görməli yerləri ilə tanış olublar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa şəhərinə dünya səyyahlarının səfəri təşkil olunub.
“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən heyət Şuşa ilə tanış olub.
Səyyahlar şəhərin mərkəzində Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərini ziyarət edib, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.
Qonaqlar daha sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı və Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.
#Şuşa teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV
- 8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI
- 44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
