Pleyeri seçin:
Xalq artistinin qızının erməniəsilli şəxslə bağlı paylaşımı tənqid olundu
Tanınmış azərbaycanlı stilist-vizajist, Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz paylaşımı ilə diqqət çəkib.
O, erməniəsilli stilist Georgi Kotla birlikdə çəkilmiş fotosunu “Instagram” sosial şəbəkəsində paylaşaraq “Çox dəyərli müəllimim, mənim üçün müqəddəs insan ‒ Georgi Kot” sözlərini yazıb. Onun bu paylaşımı yerli izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.
Qeyd edək ki, Georgi Kot Abxaziyada erməniəsilli ailədə dünyaya gəlib. Onun anası Susanna Aqozyan ermənidir.
Kopyalandı
#Şəfəq Novruz teqi istifadə olunub
