Pleyeri seçin:

Xatırladıqca vahimə basır | Anası şəhid Daşqın Ağayevin ölümünü necə öyrəndi?

12 oktyabr 2024 139 baxış

Baku TV-də Vətən müharibəsi şəhidi Daşqın Ağayev haqqında reportaj yayımlanıb.

44 günlük Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Daşqın Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Oğlu ilə bağlı xatirələrindən söz açan şəhidin anası Naridə Ağayevanın sözlərinə görə, Daşqın Ağayev işini çox sevirdi:

“Uşaqlıqda dəcəl idi və yoldaşlarından fərqlənirdi. Elə bil ki, Allah onun işlərini hər yerdə düzəldirdi. Elə uşaqlıqdan bəri deyirdi ki, böyüyəndə ya hərbçi olacağam, ya da çoban. Hərbi xidmətini Tovuzda başa vurdu. Daha sonra onu hərbiyə işə çağırdılar. Oğluma çox dedim ki, işdən çıxsın. O isə razı olmadı. Dedi ki, yox, mənim sevdiyim sənət budur”.

Şəhidin anası oğlunun müharibəyə getməyindən xəbərlərinin olmadığını söyləyib:

“Artıq müharibəyə gedəndən sonra zəng edib bizə xəbər verdi. Oktyabrın 20-21-dən sonra onunla əlaqəmiz kəsildi. Axırıncı dəfə mənimlə danışanda dedi ki, Zəngilanı almışıq. Sonra onu axtarışa verdik, amma tapa bilmədilər. Sən demə, neytral ərazidə olublarmış.

Müharibə bitəndən sonra komandirləri onu və digər 2 döyüş yoldaşını tapdı. Atası da hospitallara onu axtarmağa getmişdi. Amma meyitlərin içindən tapa bilmədi. Noyabrın 17-si oğlumu gətirdilər. Həmin gün güclü yağış yağırdı. Daşqın anadan olanda da, toyunda da leysan yağmışdı”.

Naridə Ağayeva oğlunun şəhid olacağını ağlına belə gətirmədiyini söyləyib:

“Oğlum itkin düşəndə mənə Pirşağıdan bir nömrə verdilər ki, onlara zəng edib Daşqının yerini öyrənim. Oradan dedilər ki, oğlum və 2 döyüş yoldaşı eyni istiqamətə gedərək itkin düşüblər. Həmin vaxt canıma düşən qorxu indi də məndən əl çəkmir, vahimə məni basır. Kaş heç nəyim olmayaydı, təki oğlum sağ olaydı”.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 139 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 139 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 139 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 139 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 139 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 139 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 139 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 139 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 139 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 139 baxış
Seçilmişlər
icon