Pleyeri seçin:

Xocalı və Ağdərəyə növbəti köç karvanı baş tutub

14 noyabr 2025 536 baxış

Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç olub.

Hər iki kəndə ümumilikdə 50 nəfərdən ibarət 15 ailə köçürülüb. Onlardan 9 ailə (31 nəfər) Daşbulaq, 6 ailə (19 nəfər) Badara kəndində daimi məskunlaşıb.

Ailələrə yeni mənzillərin açarları təqdim olunub. Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib.

O bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu diqqət mərkəzində saxlanılır, onlara həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bütün lazımi şərait var.

Noyabrın 13-də Ağdərə rayonunun Vəngli kəndinə də növbəti köç prosesi baş tutub. Bu mərhələdə kəndə 45 nəfərdən ibarət 11 ailə köçürülüb. Doğma yurda köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti yaradılıb.

Banner
Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 536 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 536 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 536 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 536 baxış
Seçilmişlər
icon