Pleyeri seçin:

“Yəqin ki, yerində nəsə tikəcəklər” | Binəqədidəki ağaclıq ərazidə nə baş verir? - Baku TV

16 yanvar 2026 215 baxış

Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə əsasən, paytaxtın 9-cu mikrorayon, Mircəlal küçəsi, 241 ünvanında ərazi hasarlanıb, çəpərlənən sahədə gediş-gəliş üçün yalnız kiçik bir keçid saxlanılıb.

Sakinlər bildirirlər ki, ərazidə ağaclar qurudulub və onların yerində hər hansı obyektin inşa olunacağından narahatdırlar.

Baku TV-nin çəkiliş qrupu məsələni aydınlaşdırmaq məqsədilə sözügedən ünvanda olub.

“Yaşamaq üçün genişlik – həyət lazımdır, ağac lazımdır. Burada bir bina, orada başqa bina tikilsə, bəs bu ərazidə yaşayanlar necə olacaq?” – deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə qeyd edib:

“Bina tikiləndən sonra ərazi çəpərləndi. Görünür, yerində nəsə tikiləcək”.

Sakinlərin bir qismi bildirir ki, ərazi arxa tərəfdə yerləşən 144 nömrəli orta məktəbin stadionudur.

Məsələ ilə bağlı 144 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, sözügedən ərazidə hər hansı tikinti işi aparılmır, mövcud ağaclar yerindədir:

“Quruyan ağac budaqlarının ərazidən götürülməsi ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb. Bu sahədən uzun illər məktəbin stadionu kimi istifadə edilib. Ərazi məktəb hüdudlarının müəyyənləşdirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə əvvəlki illərdə hasara alınıb.

Məktəb ümumi təmirə ehtiyacı olan təhsil müəssisələri siyahısına daxil edilib. Qarşıdakı illərdə əsaslı təmiri aparılacağı təqdirdə stadionun da yenidən qurulması nəzərdə tutulur”.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi təhsil müəssisəsinin balansındadır.

Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - Baku TV

Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - Baku TV

Cəmiyyət
06 mart 2026 215 baxış
"Boşandığımı bilib zəng etdi, evləndik" - Dünya çempionu niyə 50 yaşında müsəlman oldu? - O VAXTLAR

"Boşandığımı bilib zəng etdi, evləndik" - Dünya çempionu niyə 50 yaşında müsəlman oldu? - O VAXTLAR

Cəmiyyət
06 mart 2026 215 baxış
Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan danışdı - Baku TV

Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan danışdı - Baku TV

Cəmiyyət
06 mart 2026 215 baxış
Ramazan ayının 17-ci gününün duası - Baku TV

Ramazan ayının 17-ci gününün duası - Baku TV

Cəmiyyət
06 mart 2026 215 baxış
Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV

Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV

Cəmiyyət
06 mart 2026 215 baxış
“Dedi ki, çox yazır...” | “Azəriqaz” vətəndaşı aldadıb qazsız qoydu? - “Əsə-əsə qalmışıq!” - Baku TV

“Dedi ki, çox yazır...” | “Azəriqaz” vətəndaşı aldadıb qazsız qoydu? - “Əsə-əsə qalmışıq!” - Baku TV

Cəmiyyət
06 mart 2026 215 baxış
1111 nəfər ötən 5 mövsümdə təkrar iştirak edib | “Yüksəliş” müsabiqəsi barədə məlumat

1111 nəfər ötən 5 mövsümdə təkrar iştirak edib | “Yüksəliş” müsabiqəsi barədə məlumat

Cəmiyyət
06 mart 2026 215 baxış
116 nəfər VI “Yüksəliş” müsabiqəsinin qalibi olub

116 nəfər VI “Yüksəliş” müsabiqəsinin qalibi olub

Cəmiyyət
06 mart 2026 215 baxış
"Az qala uşağımın başına..." | İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı? - Baku TV

"Az qala uşağımın başına..." | İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı? - Baku TV

Cəmiyyət
06 mart 2026 215 baxış
Bakının qəsəbələrində yeni avtobuslar fəaliyyətə başlayacaq | Sakinlərin nəzərinə - Baku TV

Bakının qəsəbələrində yeni avtobuslar fəaliyyətə başlayacaq | Sakinlərin nəzərinə - Baku TV

Cəmiyyət
05 mart 2026 215 baxış
Seçilmişlər
icon