Pleyeri seçin:

Sakinlərin gününü qara edən hadisənin səbəbi nədir? - Asfalt dağılır, hər yeri su basır! - Baku TV

20 fevral 2026 218 baxış

Binəqədi rayonu, 1-ci Mədən yolu, 7-ci korpus Söyüdlər Məhəlləsi adlanan ərazidəki vəziyyətlə bağlı Baku TV-nin qaynar xəttinə şikayət daxil olub.

Şikayətçilərin sözlərinə görə, ərazidə hərəkət edən ağırtonnajlı yük maşınları yolu yararsız hala salıb, nəticədə asfalt örtüyü dağılıb və yolda çuxurlar yaranıb.

Məlumata görə, yük maşınlarının hərəkəti zamanı su xətləri də zədələnib ki, bu da tez-tez su sızmalarına səbəb olur. Nəticədə yolları və həyətləri su basır.

“Pəncərələrimizi aça bilmirik, toz-torpaq evin içinə dolur. Yük maşınlarının əlindən yaşaya bilmirik. Qışda palçıq, yayda da toz-torpaq”, – deyə şikayətçilərdən biri qeyd edib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, sözügedən ərazidə Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Yükdaşıma qaydalarını pozan sürücülər aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub:

“8 tondan artıq yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaqdaşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan gecə saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub”.

"Bizi aldadırlar!" - Bu binada yaşayanlar qorxu içindədir: "Töküləcək başımıza!" - Baku TV

"Bizi aldadırlar!" - Bu binada yaşayanlar qorxu içindədir: "Töküləcək başımıza!" - Baku TV

Cəmiyyət
03 mart 2026 218 baxış
Laçında Od çərşənbəsi belə qeyd olunur | Abdullayevlər ailəsində bayram sevinci - Baku TV

Laçında Od çərşənbəsi belə qeyd olunur | Abdullayevlər ailəsində bayram sevinci - Baku TV

Cəmiyyət
03 mart 2026 218 baxış
Artıq çəki yalnız iradə ilə bağlı deyilmiş

Artıq çəki yalnız iradə ilə bağlı deyilmiş

Cəmiyyət
03 mart 2026 218 baxış
Xərçəng immun sistemini necə aldadır?

Xərçəng immun sistemini necə aldadır?

Cəmiyyət
03 mart 2026 218 baxış
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur - Baku TV

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur - Baku TV

Cəmiyyət
03 mart 2026 218 baxış
“Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV

“Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
03 mart 2026 218 baxış
Ramazan ayının 13-cü gününün duası - Baku TV

Ramazan ayının 13-cü gününün duası - Baku TV

Cəmiyyət
02 mart 2026 218 baxış
Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

Cəmiyyət
02 mart 2026 218 baxış
Təranə Muradova ilə şagirdlər arasında görüş keçirildi

Təranə Muradova ilə şagirdlər arasında görüş keçirildi

Cəmiyyət
02 mart 2026 218 baxış
"Vallah, dözə bilmirik!" | Sakinlər üsyan etdi: "Dedilər ki, mümkün deyil, dağılacaq..." - Baku TV

"Vallah, dözə bilmirik!" | Sakinlər üsyan etdi: "Dedilər ki, mümkün deyil, dağılacaq..." - Baku TV

Cəmiyyət
02 mart 2026 218 baxış
Seçilmişlər
icon