Pleyeri seçin:
Yerli istehsal olan ilk kiberidman oyunu | Bakıda "Gamesummit" festivalı
"Bu il bizim üçün yaddaqalan olacaq".
Bu sözləri Bakıda keçiriləcək regionun ən böyük oyun festivalı olan “GameSummit"in marketinq üzrə direktoru Mir Azad Əliyev jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda "GameSummit"ə böyük marağın olduğunu bildirib:
"Dünyada təxminən 8 milyarda yaxın insan yaşayır. Onların 2 milyardı sosial şəbəkə istifadəçisidir. Həmin şəxslər arasında oyunlara maraq göstərənlər var. Onu da qeyd edim ki, “GameSummit”də ilk dəfə yerli istehsal olan kiberidman oyunu təqdim ediləcək”.
Qeyd edək ki, Bakıda regionun ən böyük oyun festivalı olan “GameSummit Baku 2024”ün açılış mərasimi mayın 31-də “Crystall Hall”da tanınmış britaniyalı müğənni Con Nyumanın iştirakı ilə baş tutacaq. Festival iyunun 2-dək davam edəcək.
Kopyalandı
#Game Summit 2024 teqi istifadə olunub
