1 trilyon dollarlıq qalmaqal | ABŞ müharibə məlumatlarını açıqlamır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Harvard Universitetinin professoru Linda Bilmes qeyd edir ki, ABŞ-İran müharibəsində rəsmi hesablamalarda borc öhdəlikləri, yanacaq qiymətlərinin artması, hərbi texnikanın bərpası və uzunmüddətli iqtisadi təsirlər nəzərə alınmayıb.
Onun fikrincə, münaqişənin ümumi dəyəri zamanla 1 trilyon dollara yaxınlaşa bilər.
Müharibənin təsirləri enerji bazarında da hiss olunur. ABŞ-də benzin qiymətləri münaqişədən əvvəlki dövrlə müqayisədə 21,7 faiz, dizel isə 36,7 faiz bahalaşıb.
İnsan itkiləri də diqqət çəkir. Məlumatlara görə, indiyədək 18 amerikalı hərbçi həlak olub, baxmayaraq ki, Pentaqon rəsmi olaraq 14 nəfərin ölümünü təsdiqləyib.
Analitiklər xəbərdarlıq edirlər ki, uzunmüddətli hərbi əməliyyatlar yalnız iqtisadiyyata deyil, ABŞ-nin qlobal strateji mövqeyinə də təsir göstərir. Resursların Yaxın Şərqə yönəldilməsi Vaşinqtonun digər regionlarda, xüsusilə Çin və Rusiyaya qarşı imkanlarını məhdudlaşdıra bilər.
Ekspertlər xatırladırlar ki, belə münaqişələrin real maliyyə yükü illər sonra tam üzə çıxır. Buna nümunə olaraq ABŞ-yə 2,26 trilyon dollara başa gələn Əfqanıstan müharibəsi göstərilir.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Bir saat ərzində həyata keçirilə bilər | Trampdan açıq mesaj
- Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir
- ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir
- Tehranın nüvə proqramı və dondurulmuş aktivləri müzakirə olunur
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
