Pleyeri seçin:

“1560-dan çox dron və 56 raket atdılar” | Zelenski Rusiyanın zərbəsindən danışdı

14 may 2026

Dünən günün əvvəlindən bəri Rusiya Ukraynaya 1560-dan çox dron və 56 raket atıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, Rusiya gecə saatlarında Ukraynaya 670-dən çox zərbə dronu və 56 raket atıb. Zelenski vurğulayıb ki, bunlar müharibəni dayandırmaq istəyənlərin hərəkətləri deyil.

Ukrayna lideri hazırda Kiyevdə Rusiyanın hücumuna məruz qalan doqquzmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatının aparıldığını və binanın girişinin tamamilə dağıldığını qeyd edib: “Onlarla insan xilas edilib. Təəssüf ki, bir nəfər ölüb. Dağıntılar altında hələ də insanlar ola bilər”.

Prezident gecə kampaniyasının əsas hədəfinin Kiyev olduğunu vurğulayıb:

“Şəhərdə 20 yerə ziyan dəyib. Bunlar adi yaşayış binaları, məktəb, baytarlıq klinikası və digər mülki infrastrukturdur. Kiyev bölgəsində də dağıntılar var, Kremençukda enerji sektoruna, Çornomorskda liman və yaşayış binalarına oxşar terror hücumları baş verib”.

Volodimir Zelenski tərəfdaşların bunlara susqun qalmamasının və Ukraynanın hava məkanının qorunmasını dəstəkləməyə davam etməsinin vacibliyini qeyd edib:

“PURL proqramı Ukraynanın özünü bu cür ballistik zərbələrdən müdafiə edə bilməsi üçün lazımdır. Rusiyaya təzyiqin davam etdirilməsi sülh axtaran hər kəsin maraqlarına uyğundur”.

Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə

Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə

Dünya
14 may 2026
Mahnı yarışması, yoxsa...? - Qalmaqalın bitmədiyi "Avroviziya"da nə baş verir? - Baku TV

Mahnı yarışması, yoxsa...? - Qalmaqalın bitmədiyi "Avroviziya"da nə baş verir? - Baku TV

Dünya
14 may 2026
Rusiya-Ukrayna müharibəsi bu il başa çatacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi bu il başa çatacaq? - Baku TV CANLI

Dünya
14 may 2026
Rusiyanın resurları tükənir? | Ukrayna SQ Baş qərargah rəisindən “Baku TV”yə açıqlamalar - Baku TV

Rusiyanın resurları tükənir? | Ukrayna SQ Baş qərargah rəisindən “Baku TV”yə açıqlamalar - Baku TV

Dünya
14 may 2026
Astanada Tokayev və Ərdoğan arasında vacib görüş - Baku TV CANLI

Astanada Tokayev və Ərdoğan arasında vacib görüş - Baku TV CANLI

Dünya
14 may 2026
İranla bağlı məxfi plan | ABŞ və Çinin maraqları niyə toqquşur? - Baku TV

İranla bağlı məxfi plan | ABŞ və Çinin maraqları niyə toqquşur? - Baku TV

Dünya
14 may 2026
ABŞ Senatı Trampı İranla bağlı dəstəklədi?

ABŞ Senatı Trampı İranla bağlı dəstəklədi?

Dünya
14 may 2026
Somali piratlarının saxladığı şəxslərin xilası tələb edilir

Somali piratlarının saxladığı şəxslərin xilası tələb edilir

Dünya
14 may 2026
Mexikoda su daşqınları həyatı iflic etdi

Mexikoda su daşqınları həyatı iflic etdi

Dünya
14 may 2026
Livanda İsrailin hücumunda ölən şəxslərlə vida mərasimi

Livanda İsrailin hücumunda ölən şəxslərlə vida mərasimi

Dünya
14 may 2026
Seçilmişlər
icon