Paşinyandan Moskvanın Zelenski barədə açıqlamasına reaksiya - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Ev sahibi olan ölkənin rəhbəri kimi düşünürəm ki, hər çıxışa reaksiya vermək və ya senzura tətbiq etməklə məşğul olmamalıyam”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.
Paşinyan bildirib ki, bu cür beynəlxalq platformalarda müxtəlif fikirlərin səsləndirilməsi normaldır: “Bu, çoxtərəfli platformadır və insanlar burada öz fikirlərini ifadə etməlidirlər”.
O xatırladıb ki, əvvəllər də belə hallar olub və Ermənistandan buna görə reaksiya tələb edilməyib. “Mənim iştirak etdiyim vaxtlarda Rusiya Prezidenti Vladimir Putin də müxtəlif ölkələrə qarşı bəyanatlar verirdi, amma xatırlamıram ki, Rusiya mənim reaksiyamı gözləsin”, – Paşinyan əlavə edib.
Bununla yanaşı, erməni baş nazir əlavə edib ki, Rusiya Federasiyasının maraqlarına zərər vurmaq kimi bir məqsədləri olmayıb, yoxdur və olmayacaq.
O, Rusiya Prezidenti ilə münasibətlərini də dəyərləndirib. “Rusiya Federasiyasının Prezidenti ilə işgüzar münasibətlərimiz var və bu münasibətlər qarşılıqlı etimada əsaslanır. Biz ən aktual məsələləri çox sakit, hörmət və dostluq mühitində, arqument və faktlara əsaslanaraq müzakirə edirik”, – deyə Ermənistan lideri vurğulayıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Paşinyan razılıq əldə etməsə, növbədənkənar seçkiyə gedəcək? - Baku TV CANLI
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
