Pleyeri seçin:

2 baş, 2 qol, 3 ayaq ilə doğulan siam əkizlərinin faciəsi | ARAŞDIRMA

30 mart 2025 559 baxış

Bir çox ölkələrdə siam əkizləri qəribə şoularda çıxış edərək varlı həyat sürə bilsələr də, SSRİ-də doğulmuş Maşa və Daşanın bu baxımdan bəxtləri gətirmədi.

4 yanvar 1950-ci ildə Yekaterina Krivoşlyapova qeysəriyyə əməliyyatı ilə əkiz uşaq dünyaya gətirir. Lakin həkimlər anaya yalan danışaraq körpələrin öldüyünü deyirlər. Övladlarının cəsədini görməkdə israr edən ana uşaqlarını görəndən sonra 2 il psixiatriya xəstəxanasında müalicə almalı olur. Bu uşaqlar SSRİ-də doğulan ilk siam əkizləri Mariya və Darya Krivoşlyapovalar idi və onların taleyinə iki başı, dörd qolu və üç ayağı olan bir bədəndə yaşamaq yazılır.

Qızlar həyatlarının ilk 7 ilini akademik fizioloq Pyotr Anoxinin nəzarəti altında pediatriya institutunda keçirirlər. Həkim bu patologiyanı öyrənmək üçün əkizlər üzərində müxtəlif təcrübələr aparır.

1956-cı ildə Travmatologiya və Ortopediya İnstitutu uşaqları öz himayəsinə götürür. Orada üçüncü ayağın qızlara mane olub-olmadığını yoxlayırlar, onu amputasiya edir və qoltuqağacı ilə yeriməyi öyrədirlər.

Daha sonra qızlar orta təhsil almaq üçün Novoçerkasskda yerləşən dayaq-hərəkət sistemində problemləri olan sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə göndərilirlər.

Burada uşaqlar internat sakinləri tərəfindən davamlı zorakılığa və tənələrə məruz qalırlar. Qızları onlara baxmağa gələnlərə bir şüşə araq qarşılığında nümayiş etdirirdilər. Bu təzyiqə görə bacılar bir neçə dəfə intihar etmək fikrinə düşürlər. 12 yaşından etibarən problemlərini unutmaq üçün spirtli içki qəbul etməyə başlayırlar.

Daha sonra əkizlər Moskvada doğmalarını tapmağa qərar verirlər. 1980-ci ildə ataları beyin xərçəngindən vəfat etsə də, analarının sağ olduğunu, Sergey və Anatoli adlı qardaşlarının olduğunu öyrənirlər. 35 yaşları tamam olan gün evlərinə qonaq gedən qızlar ailə üzvləri tərəfindən onlara olan münasibətdən çox sarsılırlar. Qardaşları onları tanımaq belə istəmir, anaları evdən qovur. Bu görüşdən sonra qızlar ağır depressiyaya düşürlər və daha çox spirtli içki qəbul etməyə başlayırlar. 90-cı illərin sonlarında isə qaraciyər sirrozu və ağciyər iltihabı xəstəliklərinə tutulurlar.

13 aprel 2003-cü ildə vəziyyətin pisləşdiyindən, özünü pis hiss etdiyindən və dərin yuxuya gedən bacısını oyada bilmədiyindən Darya təcili yardım çağırır. Xəstəxanaya yerləşdirilən bacılardan birinin − Mariyanın ürək tutmasından dünyasını dəyişdiyi aşkarlanır. 17 saatdan sonra vəfat edən bacısına bitişik Darya da intoksikasiyadan zəhərlənərək ölür.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 559 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 559 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 559 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 559 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 559 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 559 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 559 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 559 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 559 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 559 baxış
Seçilmişlər
icon