Pleyeri seçin:
22 nəfərin yaralandığı insidentə görə Netanyahunun məhkəməsi təxirə salınıb
Qüdsdə terror aktı törədilib.
“The Jerusalem Post” və “Times of Israel” kimi agentliklərdə yayılan məlumata görə, azı 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Terrorçular Qüdsün Ramot kəsişməsində dinc sakinləri atəşə tutublar. Güllə yarası alan 4 nəfər hadisə yerində həyatını itirib. Ölənlərdən biri 50, digər üçü 30 yaşlı kişilərdir.
Ölənlərdən beşincisi qadındır. 50 yaşlı qadın güllə yarası alandan sonra xəstəxanaya çatıdırılsa da, həkimlər onu xilas edə bilməyib və qadın qan itkisindən həlak olub. Faktla bağlı araşdırma aparılır.
Terror aktına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 8-nə təyin edilən məhkəməsi də təxirə salınıb.
Kopyalandı
#Qüds teqi istifadə olunub
- Təl-Əviv və Qüdsdə dəhşətli partlayışlar | Savaş onlara dəhşət yaşatdı
- İrandan İsrailə raket yağışı | Təl-Əvivdən dəhşətə gətirən görüntülər
- Tibb dünyasını şoka salan hadisə | Bu əməliyyat dünyaya səs saldı
- Qüdsdə dəhşətli meşə yanğını | İsrail hərəkətə keçdi
- Erməni təxribatı | Dini ayinləri bu cür gülünc tamaşaya çevirdilər
