Pleyeri seçin:

35 metr uzunluğa malik qədim lüks gəmi professor Frank Qodionun başçılığı ilə müəyyən edilib

10 dekabr 2025 483 baxış

Misirin İskəndəriyyə sahillərində aparılan sualtı arxeoloji qazıntılar zamanı eramızın I əsrinə aid nadir əyləncə gəmisi aşkar edilib.

Tapıntı qədim yunan tarixçisi Strabonun təsvirlərinə tam uyğun gəlməsi ilə böyük maraq doğurub.

35 metr uzunluğa malik qədim lüks gəmi Avropanın Sualtı Arxeologiya İnstitutu (IEASM) tərəfindən, layihə rəhbəri, Oksford Universitetinin dəvətli professoru Frank Qodionun başçılığı ilə müəyyən edilib.

Strabon eramızdan əvvəl 29–25-ci illərdə İskəndəriyyəni ziyarət edərkən kral ailəsinin istifadə etdiyi, lüks pavilyonlu əyləncə gəmilərindən yazmışdı. Onun qeydlərinə görə, bu gəmilər musiqi, rəqs və ziyafətlə dolu səs-küylü çay səfərləri üçün istifadə olunurdu.

Gəmi qədim İskəndəriyyənin Portus Magnus limanına aid batmış Antirhodos adasının yaxınlığında, cəmi 7 metr dərinlikdə və 1,5 metr lil təbəqəsinin altında aşkar olunub.

Gəmiyə aid yaxşı qorunmuş taxtaların eni 7 metrə çatır. Onun 20-dən çox qayıqçı tərəfindən idarə olunduğu ehtimal edilir. Tapıntı İsis məbədinin yaxınlığında aşkarlanıb.

F.Qoddiou ehtimal edir ki, gəmi eramızın 50-ci ilində məbədin dağıntısı zamanı suya qərq olub. Qədim İskəndəriyyə bir neçə güclü zəlzələ və sunami nəticəsində qismən su altında qalıb.

Gəminin gövdəsində qədim yunan dilində yazılmış qrafitlər aşkarlanıb və hazırda tədqiq olunur.

Oksford Sualtı Arxeologiyası Mərkəzinin direktoru, professor Demian Robinson tapıntını belə qiymətləndirib: “Bu tip gəmi arxeologiyada ilk dəfədir qeydə alınır. Qədim mətnlərdə və sənətdə görürdük, amma real nümunəsi mövcud deyildi”.

UNESCO qaydalarına əsasən, gəmi çıxarılmayacaq və olduğu yerdə qorunacaq.

Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama

Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama

Dünya
09 avqust 2026 483 baxış
Siciliya sahillərində qədim gəmi aşkar edilib

Siciliya sahillərində qədim gəmi aşkar edilib

Dünya
09 avqust 2026 483 baxış
Bir polis ölüb, bir neçə nəfər yaralanıb

Bir polis ölüb, bir neçə nəfər yaralanıb

Dünya
09 avqust 2026 483 baxış
Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Dünya
09 avqust 2026 483 baxış
Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI

Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI

Dünya
09 avqust 2026 483 baxış
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV

Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV

Dünya
09 avqust 2026 483 baxış
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI

Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI

Dünya
09 avqust 2026 483 baxış
Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV

Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV

Dünya
09 avqust 2026 483 baxış
Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Dünya
09 avqust 2026 483 baxış
Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI

Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI

Dünya
09 avqust 2026 483 baxış
Seçilmişlər
icon