Pleyeri seçin:
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV
Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməsi nəticəsində 68 yaşlı kişi həlak olub.
Gündüz saatlarında Xarkovun Kiyevski rayonunda şəhər qəbiristanlığının ərazisinə “İtalmas” tipli pilotsuz uçuş aparatı zərbə endirib. Qəbirlər və qaz borusu zədələnib. Xəsarətalanlar barədə məlumat yoxdur.
Axşam saatlarında vilayətin Kupyansk rayonunun Mixaylovka kəndində dron hücumu nəticəsində 46 yaşlı qadın yaralanıb.
Bundan başqa, Xarkov vilayətinin Çuquyev rayonunun Vasilyevka kəndində dron zərbəsi nəticəsində 51 yaşlı kişi həlak olub.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
- Rusiya ordusunun Ukraynaya növbəti zərbələri itkilər və dağıntılarla nəticələnib - Baku TV CANLI
- Belçikadan Ukraynaya gözlənilməz dəstək | Müharibənin gedişatı dəyişə bilər - Baku TV
