4 milyonluq meteorit elə şeyləri üzə çıxardı ki... | Marsla bağlı vacib araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı kolleksiyaçının 2011-ci ildə Mərakeşdən aldığı meteoritin tədqiqi nəticəsində dəyərli məlumatlar əldə edilib.
Laboratoriya tədqiqatı zamanı “Northwest Africa 7030” adlı meteoritdə 4,45 milyon il yaşı olan sirkonium aşkar edilib. Bu da planetin yaşı ilə təxminən eynidir.
10 illik tədqiqat zamanı başqa maraqlı fakt da ortaya çıxıb. Məlum olub ki, bu meteoritdə olan suyun miqdarı digər Mars mənşəli meteoritlərdən 10 dəfə çoxdur. Cisimdə həmçinin dəmir, alüminium və natrium da mövcuddur. Bu da sirkoniumun maye mühitdə 4,45 milyon il əvvəl kristallaşdığını göstərir.
İndiyədək Marsda suyun sonradan əmələ gəldiyi düşünülsə də, bu tədqiqatdan sonra yanaşma dəyişib. İndi ehtimal olunur ki, Qırmızı planetdə su elə onun yarandığı dövrdən mövcuddur.
Yerə çatan meteoritlərin cəmi 0,5 faizi Qırmızı planetdən gəlir. Bu gün “Northwest Africa 7030”un bazar dəyəri 4 milyon dollara yaxındır.
#Mars planeti teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- Qırmızı planetdə qədim sivilizasiya izlərinin mövcud ola biləcəyi iddia olunur
- "Charlie" Mars missiyasına hazırlaşır
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
