7 dəqiqəyə qarət | Fransada 2 qiymətli əşya oğurlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdəki Luvr muzeyində qarət hadisəsi baş verib.
Naməlum şəxslər muzeydən Napoleon və imperatriça Jozefina kolleksiyalarından zinət əşyaları oğurlayıblar.
Fransa mətbuatının məlumatına görə, qarətçilər oğurluqdan sonra motosikletlə ərazidən uzaqlaşıblar.
Qeyd olunur ki, oğurluğun baş verdiyi Apollon Qalereyası Luvrda muzeyin ən qiymətli tarixi kolleksiyalarının yerləşdiyi yerdir.
Ziyarətçilər və muzey işçiləri arasında xəsarət alan olmayıb. Lakin şahidlər hadisə zamanı təşviş yaşadıqlarını bildiriblər:
"Polis əməkdaşları qaçaraq Luvrun şüşəli qapılarından içəri girmək istəsələr də, kilidli qapıları açmaq mümkün olmadı. Çoxlu sayda polis və jandarm əraziyə gəldi".
Ehtimala görə, oğrular binaya kranla daxil olublar.
Mətbuata açıqlama verən daxili işlər naziri Loran Nunes naməlum şəxslərin binaya qaldırıcı qurğu ilə daxil olduğunu təsdiqləyib. O, zinət əşyalarının cəmi 7 dəqiqəyə oğurlandığını deyib. Nazir bunun bir qrup şəxs tərəfindən dəqiqliklə planlaşdırılan oğurluq olduğunu qeyd edib.
"Le Parisien" bildirib ki, oğurlanan daş-qaşlardan biri muzeyin yaxınlığında tapılıb. Bunun İmperator Yevgeninin sındırılmış tacı olduğu ehtimal edilir.
#Fransa teqi istifadə olunub
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
- Fransada şənbə gününə özəl olaraq təhlükəsizlik gücləndirilir
- Fransada etiraz aksiyalarının vurduğu iqtisadi zərər milyardlarla avroya çatıb
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
