“ABŞ bu müharibələrin hamısında məğlub olub” | Borreldən açıqlama
“ABŞ BMT bayrağı altında aparılan müharibələr istisna olmaqla, İkinci Dünya müharibəsindən bəri bütün müharibələrdə məğlub olub”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozef Borrel deyib.
İspaniyalı diplomatın fikrincə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dayandıra biləcək yeganə amil dollar üzrə faiz dərəcəsinin yüksəlməsi, Amerikada inflyasiyanın artması və daxili problemlərdir, Tehran cavab addımları ilə məhz bunu hədəfləyir.
Borrel hesab edir ki, Vaşinqtonun İranda əməliyyat üçün konkret planı olmayıb.
“ABŞ BMT bayrağı altında aparılan müharibələr istisna olmaqla, İkinci Dünya müharibəsindən bəri bütün müharibələrdə məğlub olub”, – deyə o əlavə edib.
Keçmiş ali nümayəndə ABŞ və İsrailin İrandakı hərbi əməliyyatlarının qlobal enerji böhranına səbəb olacağını vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
