Pleyeri seçin:

ABŞ bununla razılaşsa... | İranın təklifi dünyaya səs salacaq

14 may 2025 328 baxış

Tehran Amerika sərmayəsinin cəlb olunması şərti ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.

Bu barədə "The New York Times" yazıb.

Nəşrin məlumatına görə, bazar günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçi bu planı ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffa təqdim edib.

Qeyd edildiyi kimi, İslam Respublikası bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkir.

İranın təklifinə üçtərəfli nüvə konsorsiumunun yaradılması, Tehranın uranı 3,67%-ə qədər zənginləşdirməsi və mülki məqsədlər üçün digər ərəb ölkələrinə tədarük etmək planları daxildir.

Bundan başqa, İranın nüvə obyektlərində digər ölkələrdən müşahidəçilərin, o cümlədən ABŞ-dən olan ekspertlərin iştirakı nəzərdə tutulur. 2015-ci il müqaviləsindən fərqli olaraq, bu razılaşma 15 illik müddətlə məhdudlaşmayacaq, yəni müddətsiz xarakter daşıya bilər.

Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün İran və ABŞ danışıqların dördüncü raundunu keçirib. Birinci tur aprelin 12-də Maskatda, ikinci tur aprelin 19-da Romada, üçüncü və dördüncü tur aprelin 26-da və mayın 11-də yenidən Omanın paytaxtında baş tutub.

Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.

Cəbhədə vəziyyət kəskin dəyişir | Rusiya qoşunları bu istiqamətdə irəliləyir - Baku TV

Cəbhədə vəziyyət kəskin dəyişir | Rusiya qoşunları bu istiqamətdə irəliləyir - Baku TV

Dünya
21 dekabr 2025 328 baxış
Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV

Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV

Dünya
21 dekabr 2025 328 baxış
Amerikalı iş adamından tarixi ilk | Məhkəmə qərarından sonra Maskın sərvəti rekord qırdı - Baku TV

Amerikalı iş adamından tarixi ilk | Məhkəmə qərarından sonra Maskın sərvəti rekord qırdı - Baku TV

Dünya
21 dekabr 2025 328 baxış
Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 328 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 328 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 328 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 328 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 328 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 328 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 328 baxış
Seçilmişlər
icon